Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Bilik və bacarığı olmayan müəllimlər də var - Emin Əmrullayev

 90-cı illərin əvvəlində, Sovet dövründə Azərbaycandan kənarda təhsil almış bir çox müəllimlərimiz var ki, onların diplomlarının saxta olub-olmamasını sübut etmək çox çətindir.

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. 

Onun sözlərinə görə, nazirlik dəfələrlə belə hallarla üzləşib: "Müəllimin əlindəki sənədin dövlət nümunəli olmadığını görürük, lakin özündən soruşduqda bu sənədin 90-cı illərin əvvəlində verildiyi müəyyən olunur. Həqiqət ondan ibarətdir ki, o dövrdə müharibə şəraiti olduğundan bəzi məktəblərə diplomlar çap edilib verilə bilməyib. İndi bizim məntiqimiz ondan ibarətdir ki, müəllim sertifikasiyada iştirak edərək öz bilik və bacarığını sübut edə bilirsə, biz onu məktəbdə saxlayırıq". 

Nazir qeyd edib ki, eyni zamanda əlində hüquqi baxımdan saxta olmayan diplomu olan, lakin bilik və bacarığı yerində olmayan müəllimlər də var: "Belə hallar az deyil. Ona görə bizim indi fokuslandığımız məsələ daha çox tədrisi aparan təhsilverənin biliyinin olmasıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam