Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Emin  Əmrullayev müəllim adına belə "hörmət edir" -GİLEY

Emin Əmrullayev Elm və Təhsil naziri deyil?Yenixeber.org: Redaksiyamıza bir qrup Sumqayıt şəhər sakininin müraciəti daxil olub. Müraciət müəllifləri Elm və Təhsil naziri Emin  Əmrullayev tərəfindən aldadıldıqlarından və sayqısızlıqla qarşılaşdıqlarından bəhs edirlər: 

Dövlət Başçımız İlham Əliyev Cənabları hər zaman məmurların xalqın xidmətçisi olduğunu qeyd edərək, məmurlara sadə, təvazükar, xalqın yanında olmağı, xalqın onlara göstərdiyi etimadı tam doğrultmağı  tövsiyyə edib. Eyni zamanda ölkə başçısı insanlara yuxarıdan aşağı baxan, düz işləməyən, əyri yolla gedənlər məmurlara qarşı sərt mübarizə aparılacağını və həmin məmurların cəzalanacağını vurğulamışdır.

Əfsuslar olsun ki, Azərbaycan Respublikasının Elm və Təhsil Naziri nəinki Cənab Prezidentin göstərdiyi yolla deyil,  özünün   doğru bildiyi yolla gedir. Belə ki, bütün xəbər saytlarında nazir Emin Əmrullayevin 27 yanvar 2023-cü ildə Sumqayıt şəhərində Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Laçın rayonlarının sakinləri vətəndaşları qəbul edəcəyi xəbərlərinə inanaraq qəbula yazıldıq. Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan qəbul vaxtı 9:00-dan 18:00 kimi olmasına baxmayaraq əraziyə 11:00-da gələn nazir Emin Əmrullayev artıq saat 15:00-da ərazini tərk edib bir daha geri dönmədi. Aralarında şəhid ailəsi, qazi, məcburi köçkün olan çox sayda vətəndaşlar qəbula yazılsalar da qəbul edilmədi. Qəbula düşənlərin çoxunu isə nazir Emin Əmrullayevin yerinə Elm və Təhsil Nazirliyinin nümayəndələri dinləyib. Nazirin qəbuluna düşmək ümidi ilə uzaq bölgələrdən Sumqayıt  şəhərinə  üz tutanlar Heydər Əliyev Mərkəzinin özündə saatlarla gözlədikdən sonra  kor peşiman  evlərinə döndülər. 
Dövlət məmuru hər zaman öz mövqeyi dövlətçiliyə sədaqəti, vətəndaşların problemlərini dinləmək bacarığı ilə seçilən insandır. Biz bunu Emin Əmrullayevdə görmədik. Bu qədər insanı qəbula yazıb sonravaxtından əvvəl məkanı tərk etmək, vətəndaşları saatlarla boşuna gözlətmək zənnimizcə insanların heysiyyatına toxunmaq, sadə vətəndaşları ələ salmaqdır. Bütün bunlar azmış kimi bütün xəbər saytlarında “Elm və Təhsil Naziri Emin Əmrullayev Sumqayıtda vətəndaşları qəbul edib” başlıqlı sərlövhələr dərc etdirmək Dövlət Başçımızı və cəmiyyəti aldatmağa yönəlmiş bir addım hesab edirik.

Emin Əmrullayev vətəndaş qəbulunun necə və hansı qaydada həyata keçirildiyini bilmirdisə ondan əvvəl Sumqayıt şəhərində vətəndaşları yüksək səviyyədə qəbul edib, problemlərini dinləyən Hörmətli Daxili İşlər Nazirimiz cənab Vilayət Eyvazovdan öyrənərdi. 
Xahiş edirik bizim şikayətimizin Ali Baş Komandan İlham Əliyev Cənablarına və xalqımıza çatdırılması üçün saytınızda dərc olunmasını təmin edəsiniz. 
Öncədən Sizlərə minnətdarıq. Hörmətlə bir qrup vətəndaşlar adından 

1.Bayramova Aytəkin
2.Bəylərova Türkanə  
3.Babayeva Xalidə
4.Şabanov  Kamil  
5.Qəhrəmanova Mehriban
6.Bəylərov Rafiq  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam