Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Bu il 277 məktəbli idman yaraşlarında qızıl medal qazanıb

 

“Təhsil” Respublika İdman Mərkəzi tərəfindən 2022-ci ilin altı ayı ərzində uşaq-gənclər idman-şahmat məktəblərinin uşaq, yeniyetmə və gənc idmançıları arasında 14 idman növü: boks, qılıncoynatma, həndbol, şahmat, Yunan-Roma güləşi, ağır atletika, futbol, cüdo, stolüstü tennis, sərbəst güləş, badminton, atletika, basketbol və karate üzrə 23 Respublika birinciliyi keçirilib.

Yenixeber.org: Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Həmin yarışlara Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 16305 nəfər idmançı qatılıb. Onlardan 277 nəfəri qızıl, 265 nəfəri gümüş, 385 nəfəri bürünc medala layiq görülüb, ümumilikdə 927 medal qazanılıb.

Keçirilmiş yarışların, aparılmış seleksiya işlərinin nəticələrinə əsasən, sözügedən və digər idman növləri üzrə “Təhsil” Respublika İdman Mərkəzinin kiçik yeniyetmələr, yeniyetmələr, gənclər, böyüklərdən ibarət yığma komandaları formalaşdırılmış, onların Respublika və beynəlxalq səviyyəli yarışlarda iştirakları təmin edilib.

Qeyd olunan dövr ərzində Gənclər və İdman Nazirliyi və müvafiq federasiyalar tərəfindən 20 idman növü üzrə keçirilən 79 Respublika yarışında uşaq-gənclər idman-şahmat məktəblərindən 2702 nəfər iştirak edib, 333 qızıl, 304 gümüş, 351 bürünc olmaqla 988 medal qazanılıb.

Eyni zamanda Mərkəzin yığma komandaları atletika üzrə Azərbaycan birinciliyinin, karate üzrə ölkə birinciliyinin, boks idman növü üzrə gənclər və yeniyetmələr arasında Azərbaycan birinciliyinin, basketbol üzrə Federasiya Kubokunun, həndbol üzrə Azərbaycan birinciliyinin, badminton üzrə yığma komandanın üzvləri Azərbaycan birinciliyinin qalibi, veloidman üzrə yığma komandanın üzvləri Azərbaycan kubokunun sahibi olub.

Son 6 ayda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları müxtəlif ölkələrdə keçirilən beynəlxalq turnirlərdə, Avropa və Dünya birinciliklərində, Avropa Kuboku, Qran-Pri yarışlarında 153 qızıl, 81 gümüş və 66 bürünc olmaqla, ümumilikdə 300 medal qazanıb.

2022-ci ilin yanvar-iyun aylarında uşaq və gənclərin idman ustalıqlarının artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə uşaq-gənclər idman-şahmat məktəblərində 16 idman növü üzrə 52 sayda kütləvi idman tədbirləri keçirilib. Bu tədbirlərdə 32585 nəfərə yaxın idmançı iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam