Məktəbin həyəti, yoxsa direktor Səidə Hacıyevanın inəklərinin örüş yeri ? - Füzuli rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovanın qanunsuz əməlləri …/DE-FAKTO
Cənab Emin Əmirullayev, məktəbin direktor müavini saxta diplomla işləyir…
Yenixeber.org: Haqqında bəhs edəcəyimiz Füzuli rayon Təhsil Şöbəsi ilə bağlı qısa məlumatı oxucuların nəzərinə çatdıraq.
Rayon TŞ-nin tabeliyində 79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir.
2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 13929 nəfər, pedoqoji işçilərin sayı 2159 nəfər olub.
İcra hakimiyyətinin saytında yazılır…2020-ci ildə orta ixtias və ali təhsil müəssisələrinə qəbul olan şagirdlərin sayı MƏLUM DEYİL…
Rayon üzrə ümumtəhsil məktəbləri 540 ədəd kompyuterlə təmin edilib , 33 məktəb və Füzuli RTŞ-nin binası birbaşa internet şəbəkəsinə qoşulub.
Görəsən, bu boyda məlumatdan sonra rayon üzrə ali məktəblərə və kolleclərə qəbul olan tələbələrin sayı NİYƏ MƏLUM DEYİL ..?
Cənab təhsil naziri Emin Əmirullayev, necə olur ki, rayon üzrə ali məktəblərə və kolleclərə qəbul olan məzunların sayı bəlli olmur ?
Bu bəlkə dövlət sirri-zaddır ?
Ümumiyyətlə, məktəblərimizdəki vəziyyət ürəkaçan deyil.
Redaksiyamıza daxil olan video və audio məlumatlardan bəlli olur ki, Füzuli Rayon Təhsil Şöbəsində vəziyyət isə daha acınacaqlıdır.
Belə ki, redaksiyamıza müraciət edən Füzuli rayonu, Araz Yağlıvənd kənd sakini Alıyeva Ziyafət Mirzalı qızı bildirir ki, Bəxtiyar Əzimov adına Araz Yağlıvənd kənd tam orta məktəbində qanunsuzluqlar baş alıb gedir.
Belə ki, məktəbin direktoru olan Səidə Hacıyeva məktəbin həyətində öz şəxsi təsərrüfatına aid olan inəkləri, mal-qaranı otarır.
Şikayətçininn yazdıqlarından bəlli olur ki, məktəbdə istilik sistemi yoxdur, odun sobası yandırırlar və şagirdlər tüstüdən dərs otaqlarında otura bilmir, dərslər yarımçıq kəslir.
Müraciətdə o da qeyd olunur ki, məktəbin direktoru Səidə Hacıyeva dövlət tərfindən məktəbə ayrılan idman avadanlıqlarını sataraq mənimsəyib.
Məktəbin fizika, kimya, biologiya otaqlarına verilən fizika, kimya, biologiya avadanlıqları isə direktor Səidə Hacıyeva və RTŞ-nin müdiri Ramella Məmmədova tərəfindən mənimsənilib.
Bütün bunlar azmış kimi məktəbin müəlliməsi Pərvanə Quliyeva saxta diplomla məktəbdə direktor müavini işləyib. Direktor müavini işləyən zaman qeyri-qnuni olaraq vəzifə maaşı ilə bərabər dərs yükünə görə də maaş alıb.
Bütün bu qanunsuzluqların arxasında dayanan Füzulu RTŞ-nin müdiri Ramella Məmmədovadır.
Şikayətçi xahiş edir ki, onun müraciətini və göndərdiyi canlı video görüntüləri ictimailəşdirək.
Biz də üzümüzü təhsil naziri Emin Əmirullayevə tutaraq soruşuruq ki, bütün bu biabırçılıqlardan xəbəriniz varmı ?
Təhsil şöbələrində baş verən qanunsuzluqları, cinayət əməllərini mediadan öncə siz bilməli və tədbir görməlisiniz, cənab nazir ?
Cənab nazir, məgər məktəbin həyəti mal-qara üçün örüş yeridir ?
Ümid edirik ki, yazıda işıqlnadırılan problemlərə yaxın zamanda Təhsil Nazirliyi aydınlıq gətirəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(Gündəlik-Bakı)