Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir -məktəbə görə pul yığılması məsələsinə aydınlıq gətirdi

“Məktəb direktorları, Təhsil Nazirliyinin əməkdaşları və ya təhsili idarə edən hər hansı şəxslərin məktəbdə pul yığması, hansısa maddi resursları valideynlərdən toplaması birmənalı olaraq qeyri-qanunidir”. 

 Yenixeber.org: Bunu təhsil naziri Emin Əmrullayev müsahibəsində deyib.

 

“Biz “Məktəblərə resurs cəlb oluna bilər və bu, könüllü əsasda olmalıdır” dedikdə, bu, məktəb direktoru tərəfindən, yaxud hansısa məmur tərəfindən olmalıdır deyə başa düşülməməlidir”, - nazir qeyd edib.

O bildirib ki, könüllülük çox vacib məsələdir: “Bu, o demək deyil ki, kimsə buna məcbur edilə bilər. Bu, sadəcə olaraq, istəyə bağlıdır. Həqiqətən, kimsə öz oxuduğu məktəbə, məzun olduğu məktəbə, həyətində yerləşən məktəbə, övladlarının oxuduğu məktəbə hər hansı bir şəkildə, qanunazidd olmadan, könüllü şəkildə maddi resurs vermək istəyirsə, bunun mexanizmi olmalıdır”.

Təhsil naziri Valideyn-Müəllim Assosiasiyalarından da danışıb: “Bəzən yanlış olaraq bu assosiasiyaları nazirliyin qurumu kimi başa düşürlər. Amma bu, belə deyil. Bu, valideynlərin öz idarəetmə qurumudur. Burada təmsil olunmağa valideyn özü qərar verməlidir. Bu mexanizmlər cəmiyyət üçün yenidir”.

E.Əmrullayev mövzudan yayınma hallarından da söz açıb: “Müzakirələri izləyirəm, mənə görə, mövzudan əsas yayınma odur ki, məktəb direktoru uşaqlardan pul yığsa, nə olacaq?

Yenə deyirəm, söhbət məktəbin pul yığmasından getmir. Söhbət məktəbə görə dövlətin ayırdığı vəsaitdən əlavə vəsaitlərin könüllü olaraq, şəffaflıq prinsipləri əsasında şagirdlərin və Azərbaycan uşaqlarının inkişafı naminə toplanıb xərclənməsində bir problem varmı?

Müzakirələrdə daha çox bu sual cavablandırılmalıdır. Bu risklidirmi, hansı riskləri var, nəyi pisdir?

Bütün vergilərinizi ödəyəndən sonra əlinizdəki əlavə vəsaiti məktəbə vermək istəyirsinizsə, ya arqument olmalıdır ki, bu çox pisdir, bunu etməməlisiniz, ya da pis deyilsə, cinayət deyilsə, biz bunun mexanizmini qurmalıyır. Bu, növbəti addımdır”.

“Hələlik fikirləri toplayırıq. İctimaiyyətin rəyini öyrənirik. Düşünürəm ki, növbəti ilin ilk aylarında Təhsil Nazirliyi bununla bağlı daha konkret mexanizmləri ictimaiyyətin diqqətinə təqdim edəcək”, - o əlavə edib.

Nazir vurğulayıb ki, yeni modellərdən qorxmamalıyıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam