Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Cəlilabadda məktəb direktoru Füzuli Quliyev “siftə” edib-RƏZALƏT

Pandemiyanın ən böyük zərbə vurduğu sahələrdən biri təhsil sektorudur. Artıq aylardır ki, məktəblərdə tədris prosesi dayandırılmışdı.22 sentyabr tarixdən məktəblər ənənəvi formada fəaliyyətini davam etdirməyə başlayıb.Təhsil sistemində bu qədər böyük problemlərin yaşandığı bir zamanda təəssüf ki, məktəblərdən hələ də təhsil adına ləkə gətirən şikayətlər daxil olmaqdadır.Belə şikayətlərdən biri də Cəlilabad rayon N.Gəncəvi adına 1 saylı tam orta məktəbində baş verir.

Yenixeber.org: Redaksiyamıza şikayət edən bir qrup müəllimlər Cəlilabad rayon 1 saylı tam orta məktəbin direktoru Füzuli Quliyevin fəaliyyətindən narazıdırlar. Onlar bildirirlər ki,rayona yeni təyin olunmuş icra başçısı Rafiq Cəlilova arxalanan Fuzuli müəllim(bu faktı özü qeyd edib) məktəbi şəxsi müəssisəsi kimi idarə edir.Görünən odur ki,rayona 10 gündur təyin olunmuş icra başçısına artıq cənab direktor “xod”tapıb…

Şikayətçi müəllimlər bildirirlər ki,bir neçə müəllim istisna olmaqla demək olar ki, hamı Füzuli Quliyevdən qorxur. Dərs saatlarını öz bildiyi kimi pay-püşk edən direktor müəllimlərin adına dərs yazaraq pulunu mənimsəyir. Məktəbdə dərnəklər keçirilmir,hətta jurnalları belə aylarla yazılmır. Direktor məktəbi biznes sahəsinə çevirib,yalnız pul toplamaqla məşğuldur. Onun məktəbin necə idarə olunmasından xəbəri yoxdur-pullarını toplayır,vəssalam. Bütün işləri isə müavinlər həyata keçirir. Məktəbdə kütləvi narazılıq hökm sürür.

 

Məktəbin birinci siniflərinə şagird qəbulu kütləvi qanun pozuntuları ilə müşayət olunub. Belə ki, direktor müəyyən maraqlar çərçivəsində şagirdləri özünə yaxın olan müəllimlərin siniflərinə yönəldir.

Məktəbin inventarlarının çoxu yoxdur. Direktor təsərrüfat işləri üzrə müavini ilə əlbir olaraq inventarları satır. Bufet də onun nəzarətində işləyir.

Məktəbdə çoxlu adı olub özü olmayan ştatlar var. Həmin işlərə direktorun yaxınlarının adı yazılır, kartları isə Füzuli müəllimin cibində olur. Hər ay onların adına yazılan külli miqdarda vəsait direktor tərəfindən mənimsənilir.

Məktəbdə dərs saatları Diaqnostik Qiymətləndirməyə görə aparılmır əksinə pulla satılır. Belə ki, Füzüli Quliyev təhsil ocağında təzə bazar açıb. Normal dərs yükü ilə təmin olunmaq istəyən müəllimlərin əlləri ciblərində olmalıdır.

Beləliklə,18 saat dərs 500 manat, 24 saat dərs 800 manat,30 saat dərs 1000 manat. 50 faizə görə də əlavə 500 manat alınır ki, guya 14 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinə çatacaq.Fakültətiv saatlar,dərnəklər,sinif rəhbərliyi məktəb direktorunun dədəsinin malı kimi satılır.

Onu da qeyd edim ki,65 yaşı haqlamış Füzuli müəllim rayon məktəbləri içərsində oliqarx həyatı yaşayan direktorlardan biridir.Elə onun sürdüyü ən son markalı bahalı avtomobilə baxmaq kifayətdir.Məhz sərvət toplamaq eşqi onu bu görəvdən almağa imkan vermir…

Bundan başqa direktorun iş otağı sanki muzeydir.Bahalı eksponatlarla,hədiyyələrlə doludur.Bundan başqa bir qəribə faktı da qeyd edək ki,Füzuli müəllim koronavirus əlehinə peyvənd vurdurmadan saxta COVİD-19 pasportu almışdır.Bunu bizə adının çəkilməsini istəməyən məktəbin müəllimi məlumat verdi.

Beləliklə,Cəlilabad şəhər 1 saylı tam orta məktəbdə təhsil adına böyük bir rəzalət yaşanır. Məktəbin direktoru təhsil ocağını biznes sahəsinə çevirərək öz bildiyini edir. Müəlliimlər yazib bizdən xahiş edir ki,Cəlilabad RTŞ-nın müdiri Ağaxan Ağayev məsələyə təcili müdaxilə etsin.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(turantv.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam