Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Yüzminlərlə insan işsizdir”-"...küçəyə veyillənməyəmi gedəcəyik?"

 

 Yenixeber.org: Aparıcı Kamran Həsənli SMS-lə icazələrin ləğvi və çimərliklərin açılması qərarından sonra iş yerlərinin, açıq hava əyləncə mərkəzləri, restoranlar və şadlıq evlərinin bağlı olmasına və toylara olan qadağalardan danışıb.

"Əgər bizim qazanc yerimiz bağlıdırsa, iş yerlərimiz bağlıdırsa, küçəyə veyillənməyəmi gedəcəyik?", o İnstagram hesabında sual verib.

Kamran Həsənlinin sözlərinə görə, toylara qoyulan qadağa, təkcə "50-60 tanınmış müğənniyə" deyil, on minlərlə musiqiçiyə, eləcə də ofisiantlar, administratorlar, fotoqraflar, rəqqaslar, aşbazlar, xidmətçilər, işıqçılar, elektriklər, restoranlar ərzaq və içki ilə təmin edənlərə təsir edib - "yüzminlərlə insan işsiz, pulsuz, parasız qalıblar".

"On minlərlə musiqiçi 5 aydır evlərinə çörək pulu apara bilmir, onların çoxu kirayədə qalır, onların evində yaşlı insanlar var, körpələr var, dərman almalıdırlar, yemək almalıdırlar. Pulsuz-parasız qalıblar," o deyib.

O əlavə edib ki, kiçik və orta biznes "məhv halındadır, kollaps halındadır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam