Redaktor seçimi
Abel  Məhərrəmovdan Akademik oğruluq-
“Qurtuluş-93”də kəsilən ağacların yerində qanunsuz tikintilər aparılır -
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -
Günün xəbəri

Musa Şəkiliyevin qədəh yoldaşının arvadı ermənidir– QAXIN İCRA BAŞÇISI FAKTI TƏSDİQLƏDİ-FOTO, AUDİO

 İCRA BAŞÇISI: ONU MƏN EVLƏNDIRMIŞƏM? MƏN DƏ BILIRƏM ONUN ARVADI ERMƏNIDIR

Yenixebner.org: Son aylarda Azərbaycanda iki nazirin korrupsiyaya rəvac verdiklərinə görə vəzifələrindən kənarlaşdırılması icra başçılarını bir növ rahatladıb. Fikirləşirlər ki, daha bizdən ötdü, növbə nazirlərindir. Ancaq yanılırlar. Azərbaycanda uşaqdan böyüyə hamıya bəllidir ki, indiyədək rüşvətxorluğuna, qol qoyduqları maxinasiyalara görə məsuliyyətə cəlb olunaraq həbs edilən icra başçılarının iş prinsipləri onların bütün həmkarlarına aiddir. Ələlxüsus da Qax RİH-nin başçısı Musa Şəkiliyev kimi arxalılara. Musa Şəkiliyevin arxasında isə bildiyimiz kimi xalası oğlu, “Meliorasiya və Su Təsərrüfatı”ASC-nin sədri cənab Əhməd Əhmədzadə durur. Şəkiliyev də öz növbəsində başçılıq etdiyi rayonda Əhmədzadənin kadrlarını göz bəbəyi kimi qoruyur, korrupsiya müstəvisində onlara etibarlı tərəf müqabili kimi çıxış edir. Bu barədə bir az sonra.Hələ bir neçə il bundan əvvəl saytlardan biri Musa Şəkiliyevin alkoqol aludəçiliyindən yazmışdı. Sayt iddia edirdi ki, demək olar hər gün sərxoş vəziyyətdə olan icra başçısı bir dəfə rayonun mərkəzi küçələrindən birində sürücüsünə maşını saxlamasını əmr edərək salonda əyləşdiyi hissədən qapını açaraq işıqforun yanında rəzalətli duruma düşüb. Rayon sakinlərindən biri də bu fürsəti buraxmamaq qərarına gəlib və həvəskar çəkilişi ilə bu “tarixi an”ı telefonunun yaddaşına həkk edib. Sayt bildirirdi ki, M.Şəkiliyev telefonda onlara: “qusmuşam, əcəb eləmişəm, yazsanız arxasında dayana bilməyəcəksiniz” deyib.Öyrənmişik ki, son aylar M.Şəkiliyev görünür spirtli içkini koronavirus infeksiyasına qarşı təsirli müdafiə vasitəsi hesab etdiyindən, bu vərdişində daha dərinə gedib. Başçının ən sadiq qədəh yoldaşlarından biri də “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Qax rayon Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovdur. Son günlər cəbhədə erməni təxribatından dolayı “Azərbaycandakı erməni gəlinlər” mövzusu yenə aktuallaşıb. Redaksiyamıza daxil olan məlumata görə, Soltan Camalovun da uzun illərdir nikah münasibətində olduğu qadın milliyyətcə ermənidir.Bu və digər məsələlərlə əlaqədar zəng vurub ilk öncə Soltan Soltanovun mövqeyini öyrənmək istədik . İlk cümlələrindən hiss olunurdu ki, o piyandlr. Ağzı söz tutar-tutmaz bildirdi ki,mən koronovirusa yoluxmuşam. Özüm də mərkəzi klinikada müalicə olunuram. Sonradan öyrəndik ki,o, piyandır, bizimlə məzələnir. (Bunu təsdiq edəcək səs yazısı da var. Sadəcə Soltan bəyin danışığında əxlaqdan kənar ifadələr olduğu üçün etika xatirinə təqdim etmirik.) Musa Şəkiliyevin münasibətini öyrənmək istəyəndə suallarımızın Soltan Camalovla bağlı hissəsinə hirslə cavab verdi: “Bəli, o qadın ermənidir, Soltanın onunla toyunu da mən eləmişəm. Sonra?”“Sonrası”nı isə eşitmək istəmədi. Sözümüzü bitirməmiş telefonu qapadı. Növbəti suallarımızla Musa Şəkiliyevin nəhayətsiz biznes imperiyası barədə xəbərlərə münasibətini öyrənmək istəyirdik. Məsələn, bilmək istəyirdik ki, doğrudanmı Qax rayonunun az qala bütün əmək kollektivləri Almalı kəndində Musa Şəkiliyevə məxsus olduğu bildirilən təsərrüfata xidmət edir, ya yox. Həmçinin, başçının Türkiyədəki biznesi, qızının adına olan  məkanlar barədə məlumatlara aydınlıq gətirməsini istəyirdik. Amma olmadı. Bu mövzuya qayıdacağımız növbəti məqalədə əlimizdə olan məlumatlarla kifayətlənib təfərrüatları açıqlayacağıq.
Odur ki, bizi izləməyi unutmayın.(deyaz.az)

https://www.youtube.com/watch?v=X5OcZ6GhAAM

https://www.youtube.com/watch?v=X5OcZ6GhAAM

Habil Tağıyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam