Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nərimanovda süni qiymət artımına qarşı nəzarət davam etdirilir - FOTOLAR

 

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması məqsədilə Nərimanov rayonunda da təxirə salınmaz tədbirlər həyata keçirilir.

 

Xeberinfo.com:   Bu gün Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında hüquq-mühafizə orqanlarının rəhbərlərinin və rayonun digər rəhbər işçilərinin iştirakı ilə geniş müşavirə keçirilmişdir.

Müşavirədə süni qiymət artımının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin verdiyi tapşırıqların icrasının təmin olunması istiqamətində qarşıda duran vəzifələr müzakirə olunmuş, bir sıra zəruri tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. 

Bu məqsədlə Rayon İcra Hakimiyyətinin, Mənzil Kommunal İstismar Sahələrinin, Hüquq-Mühafizə orqanlarının, İctimai Şuranın, Rayon Ağsaqqallar Təşkilatının və digər ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə hər biri 10 nəfərdən ibarət olmaqla 15 işçi qrupları yaradılmış, rayon ərazisində fəaliyyət göstərən iri ticarət şəbəkələrində monitorinqlər keçirilmiş, strateji əhəmiyyət kəsb edən ərzaq məhsullarının qiymətlərinə və keyfiyyətinə nəzarət olunmuş, aşkar olunmuş nöqsanlar barədə iradlar bildirilərək sahibkarların diqqətinə çatdırılmışdır. 

Bu istiqamətdə işlər mütəmadi olaraq davam etdiriləcəkdir.











Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam