Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Sensasion açıqlama: “İradə Gülməmmədovaya heç Prezident Administrasiyası da bata bilmir” -VİDEO

 

 Yenixeber.org: "Bir neçə gün öncə, məlumat yaydıldı ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeronda əməliyyat keçirib. Nəticəsi nə oldu? Bir "JEK” müdirini, bir də baş memar Akif Əliyevi tutdular. Hüquq mühafizə orqanlarına müraciət etmişdim ki, icra başçısının adı ilə 35 min manat tələb edirlər. Bunu Prezident Administrasiyasının Habil adlı əməkdaşına da, administrasiyanın Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin köməkçisinə də demişəm. Amma heç bir tədbir görülmədi. Mənə deyildi ki, icra başçısı İradə Gülməmmədovaya heç Prezident Administrasiyası da bata bilmir. Hadisələr göstərdi ki, həqiqətən də belədir”.

 

Bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

 

"Necə olur, 5 icra başçısını həbs edə bilirsiniz, İradə Gülməmmədovanı tuta bilmədiniz? Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı ölkədə ikinci prezidentdir? Bunların arxasında duranlar nə fikirləşirlər? Azərbaycan xalqı hər şeyi görür, bilir... Bu həssas məqamda belə addımları atmaq dövlətə xəyanətdir, burada ayrı-seçilik olmamalıdır. Baxın, 5 icra başçısı həbs edilib, indi onların qohumları, tanışları haqlı olaraq barmaqlarını soxacaqlar məni kimilərin gözlərinə ki, qohumlarımız tutulanda niyə alqışlayırdınız, niyə Abşerona gücləri çatmadı? Kimə lazım idi bu ayrı-seçilik? Bütün ölkə bilir ki, Abşeron Rayon İcra Hakimiyyətində baş verən qanunsuzluqlar həbs edilən 5 icra başçısının etdiklərindən daha çoxdur. Məlumatlar paylaşmışam, oxuyun, görün Abşeronda yaşayanlar necə qan ağlayırlar. Necə olur, bir Zakir Fərəcov hakimiyyətdən, dövlətdən üstün oldu? Respublika prokurorluğunu belə nüfuzdan salmaq olar? Kamran Əliyev gəldikdən sonra bütün odioz fiqurları qurumdan kənarlaşdırdı, gənclər irəli çəkildi. Mən də, eləcə də minlərlə insan prokurorluğa rəğbət yarandı. Abşerondakı əməliyyatdan sonra kim deyə bilər ki, Kamran Əliyev nəsə edə bilər? Əminəm ki, bu, Kamran Əliyevlik deyil, məsələ yuxarılarda həll edilib. Bunu edənlər bilsinlər, odla oynayırlar” – A.İsmayılov qeyd edib./pravda/

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam