Azərbaycan cəmiyyətinin -pandemiya sınağı...
Azərbaycanda koronavirusa yoluxanların sayı artsa da, hələ də cəmiyyətdə bəşəriyyəti təhdid edən bu infeksiyanın mövcudluğuna inanmayanlar var.
Yenixeber.org: Koronavirusun olduğuna inanmayanlar əsasən internet resurslarında yayılan müxtəlif konspiroloji nəzərəiyyələri əsas gətirilər. Koronavirus pandemiyası barədə ən çox yayılan konspiroloji nəzəriyyələr insanlar çip qoyulması, koronavirusun hansısa gizli qüvvələrin oyunu olması, böyük güclərin bioloji müharibəsi və dünya əhalisinin sayının azaldılması barədə məxfi plandır.
Bu nəzəriyyələr dünyanın hər yerində olduğu kimi Azərbaycan cəmiyyətində də populyardır. Doğrudur, cəmiyyətin əhəmiyyətli kəsimi səfsətədən ibarət olan bu nəzriyyələri qəbul etmir. Amma buna inanlar da az deyil. Bu inamsızlıq isə infeksiyaya yoluxmanı stimullaşdıran amildir. Yəni, koronavirusun bir oyun olduğuna, yaxud insanlara çip qoyulması üçün uydurulduğuna inanlar təbii ki, infeksiyadan qorunmaq üçün tövsiyə edilə qaydalara riayət etmir. Virusun mövcudluğuna inanmayan vətəndaş əlbəttə ki, nə tibbi maskadan istifadə edəcək, nə sosial məsafə saxlayacaq, nə də gigiyenik qaydalara riayət edəcək. Onların virusa yoluxması isə yüzlərlər insanın yoluxması deməkdir.
İnamsızlığı bir səbəbi də koronavirus barədə daha çox cəmiyyətin etibar etmədiyi şəxslərin danışmasıdır. Bu sıraya bəzi məmurlar, deputatlar, jurnalistlər, sənət adamları cə s. daxildir. Lakin son vaxtlar artıq ictimaiyyətdə kifayət qədər nüfuz və etibar sahibi olan şəxslər insanlara təhlükənin real olduğunu izah etməyə başlayıblar. Bu, konspiroloji nəzəriyyələrə inanların sayını xeyli azaldıb.
Ekspertlər bildirir ki, belə vəziyyətlərdə adətən cəmiyyətin etibar etdiyi şəxslər önə çıxmalıdır. İctimai rəyə təsir imkanları olan bu şəxslər vətəndaşlara təhlükə barədə aydın məlumat verməlidir. “Bu halda koronavirusla bağlı cəfəngiyyatdan ibarət olan nəzəriyyələrə inanan olmayacaq. Əgər cəmiyyətdə nüfuzu olan və insanların inandığı şəxslər bu nəzəriyyələrin heç bir əsasının olmadını vətəndaşlara izah edərsə, o zaman kim həmin cəfəgiyyata inanar?
Bir məqam da xüsusi qeyd edilməlidir ki, bu nəzəriyyələr insanların psixologiyasına da mənfi təsir göstərir. Tutaq ki, kimsə koronavirusun dünya əhalisinin sayını azaltmq üçün düşünülmüş plan olduğuna inanır. Bu əlbəttə ona yaxşı təsir göstərməyəcək. Yaxud başqa birisi inanır ki, insanlara çip qoyub onlarıidarə edəcəklər, robota döndərəcəklər. Buna inanan insanın əlbəttə qorxu keçirəcək, panikaya düşəcək, prisoxologiyası pozulacaq. Bu isə koronavirus pandemiyası dövründə acı nəticələrə səbəb ola bilər”, - deyə ekspertlər bildirir.