Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Bu, peşəkarların işinə kölgə salır– Aynur Camalqızı

 

 

Reket jurnalistlərlə mübarizə qaydaları daha da təkmilləşdirilməli, yeni medianın tələblərinə uyğunlaşdırılmalıdır

 

   Yenixeber.org: Bu sözləri “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı Mətbuat Şurasının VII qurultayında çıxışı zamanı deyib.

A.Camalqızı da vahid kart təklifini dəstəklədiyini açıqlayıb:

“Mətbuat Şurasının vahid kartdan istifadəsi reket jurnalistikasına qarşı ciddi mübarizə olardı. Bundan əvvəl isə qanunvericilik bazası təkmilləşdirilməli, yeni medianın tələblərinə uyğunlaşdırılmalıdır. Bu gün Azərbaycanda domen alıb media yaratmaq olduqca asandır. Hər kəs öz evində oturaraq, bir domen adını qeydiyyatdan keçirib media adına iddia edə bilər. Bütün bunlar medianı gözdən salmaqla yanaşı, həm də peşəkar jurnalistlərin fəaliyyətinə də kölgə salır”.

A.Camalqızı onlayn medianın qeydiyyat məsələsinə də toxunub:

“Düşünürəm ki, onlayn medianın qeydiyyat məsələsi də təkmilləşdirilməlidir. Bildiyimiz kimi, bu gün telekanalların fəaliyyətə başlaması üçün irəli sürülən tələblər kifayət qədər ciddidir. Hesab edirəm ki, bu tələblər onlayn media üçün də tətbiq edilməlidir. Belə olan halda biz reket jurnalitlərlə daha yaxşı mübarizə apara və onların fəaliyyətinin genişlənməsinin qarşısını ala bilərik”.

 

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam