Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Birdəfəlik ödənişlərin -kartla verilməsinə başlanıldı

Birdəfəlik ödənişlərin kartla verilməsinə başlanıldı
Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə mayda hər ay üçün yaşayış minimumu qədər (190 manat) birdəfəlik ödənişlərin plastik kartlar vasitəsi ilə verilməsi nəzərdə tutulub.
Yenixeber.org: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Tədbirlər Planına əsasən, “Rabitəbank” ASC 21 min nəfərdən çox vətəndaşa birdəfəlik ödəmələrin təqdim olunmasını həyata keçirməyə başlayıb. Vətəndaşlar “Rabitəbank”ın lokal plastik kartlarını əldə edərək ödəmələrini “Rabitəbank” ATM-lərindən əldə edə biləcəklər.

Ödəmələr yalnız Bakı şəhərində deyil, bankın fəaliyyət göstərdiyi bütün regionlarda da həyata keçirilir. Vətəndaşlar onlara göndərilmiş SMS bildirişdə qeyd edilən “Rabitəbank” filialına yaxınlaşaraq 190 AZN birfəfəlik yardım olan bank kartlarını əldə edə bilərlər.

Qeyd edək ki, birdəfəlik ödəməni yalnız işsizlik statusu rəsmiləşdirilmiş şəxslər ala bilərlər. Qanuna əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və başqaları məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alınmır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam