Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“HAMISI RÜŞVƏT PULLARIDIR!” – Deputat 450 minlik maşın alan icra başçısına

"Bu maşını hansı pulla alıb? Hamısı rüşvət və korrupsiya pullarıdır”.

Yenixeber.org: Bunu açıqlamasında milli Məclisin deputatı Vahid Əhmədov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğluna 275 min dollar (450 min manat) dəyərində olan avtomobil alması haqda məlumatlara münasibət bildirərkən deyib.

Deputat daha da irəli gedərək iddia edib ki, icra başçılarının 90%-i bu işlə məşğuldurlar:

"O pulu hardan ala bilər? 1000 manata yaxın maaş alır. Yalnız rüşvət və korrupsiya! Bir o deyil ki, icra başçılarının 90%-i bu işlə məşğuldur. Bir məsələnin tərəfdarıyam: İcra baçşılarının əmək haqlarına baxılsın. Necə ki, dövlət başçısı hakimlərin maaşını artırdı, elə də icra başçılarının maaşını artırmaq lazımdır. Və demək lazımdır ki, sənə verilən budur, əlini sakit qoy, başqa neqativ hallar olmasın”.

 

 

Qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğluna 275 min dollar (450 manat) dəyərində avtomobil aldığı haqda məlumatlar yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam