Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Metro mayın 11-də açılır? — VACİB AÇIQLAMA

Metro mayın 11-də açılır?
Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində deyildiyi kimi Azərbaycanda mayın 11-dən sonra karantin rejiminə bəzi yumşaltma və ya sərtləşmələr tətbiq oluna bilər.

Yenixeber.org: Bu, ölkədə COVID-19 virusuna yoluxma hallarından asılı olacaq. 

Qeyd edək ki, mayın 11-də tətbiq olunacaq yumşaltmalarla bağlı müxtəlif fikirlər səsləndirilir. Bunların arasında “Bakı Metropoliteni” QSC-yə məxsus stansiyaların açılması, "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus elektrik qatarlarının reyslərinin artırılması və digər hallar daxildir. 

Mayın 11-də yumşaltmaların tətbiq olunmasının nə qədər doğru olmasını dəqiqləşdirmək məqsədilə millət vəkili Fazil Mustafaya müraciət etdik. 
Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu, doğru addım olardı: "Çünki indiki vəziyyətdə təhlükə riski daha böyükdür. Avtobuslarda daha çox insan hərəkət etdiyi üçün sıxlıq yaranır. Məsələn, metronu səhər 07:00-dan 11:00-a qədər, axşam isə 17:00-dan 20:00-a qədər işləməsini təmin etmək olar ki, sıxlıq azalsın.

Çünki bu qədər avtobusdan gediş-gəliş problem yaradacaqdı. Xeyli insanlar da maskasız hərəkət etdiyinə görə təhlükə riski böyüyür. Buna görə, metronun açılması artıq vacibdir. Burda müəyyən mənada sosial məsafə gözlənilməli və masksız metroya heç kim buraxılmamalıdır.

Eyni vəziyyət elektrik qatarlarına da aiddir. Onların da relslərinin çoxalması ilə barəbər maskadan istifadə məcburi olmalıdır.

Hər yan açıla bilər, amma əsas olan budur ki, maskasız hərəkət edən hər bir şəxsin məsuiliyyətə cəlb edilməsi nəzərdə tutulsun. Çünk artıq maskalarımız var, apteklərdə onu tapmaq mümkündür. İnsanlar belə bir vərdişə özlərini öyrəşdirməlidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam