Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Füzuli rayon RİH başçısı  Alı Alıyev -onlayn müşavirə keçirdi

 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev  yerli icra nümayəndələri və bələdiyyə sədrləri ilə onlayn videomüşavirə keçirdi.

Yenixeber.org: Müşavirədə  koronavirus (COVID-19) infeksiyası ilə bağlı rayonda vəziyyət və görülən işlər müzakirə edildi. RİH başçısı bildirdi ki, Nazirlər Kabineti yanına Operativ Qərargahın yeni qaydalarına  əsasən ümumi karantin rejimi müddəti 31 may 2020-ci ilə qədər uzadılır. Eyni  zamanda Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib. Bununla yanaşı məhdudiyyətlərin yumşaldılması ilə eyni zamanda koronovirusla mübarizə tədbirləri, dezinfeksiya işləri daim davam etdirilməlidir. Restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunsada müəyyən olunmuş qaydalara və sanitar gigiyeniq normalara əməl olunmalıdır. Toy və çox sayda insanın iştirakı ilə yas mərasimlərinin keçirilməsi qadağandır. Parklarda və ictimai iaşə obyektlərində insanların 10 nəfərdən artıq qruplarda cəmlənməsi qadağandır. RİH başçısı bildirdi ki,  bəzi rayonlarda məsul şəxslər vəzifə  saxtakarlığına yol verərək arayışlara bilə-bilə yalan məlumatlar daxil edib ayrı-ayrı şəxslərin xüsusi karantin rejimi qaydalarına zidd olaraq rayon ərazisini tərk etməsinə şərait yaratdıqlarına görə vəzifələrindən azad edilərək haqlarında cinayət işi açılmışdır. Bir daha icra nümayəndələri və bələdiyyə sədrlərinə tapşırıldı ki,   belə hallara yol verən şəxslər kimliyindən asılı olmayaraq vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb ediləcəkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam