Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

VAHİD ƏLƏKBƏROV BAKIDAKI VİLLASINI SATIŞA ÇIXARDI -15 milyon manata! (Fotolar)

 

 Dünyada neftin qiymətinin kəskin şəkildə ucuzlaşması neft ölkələrilə yanaşı, “neft milyarderləri”ni də çətin duruma salıb. Qısa müddətdə külli miqdarda ziyan dəyən neft maqnatları vəziyyətdən çıxmaq üçün müxtəlif tədbirlərə əl atmalı olurlar ki, bunların arasında onlara məxsus bahalı daşınmaz əmlakların satışa çıxarılması da var.

Yenixeber.org: Rusiyada yaşayan azərbaycanlı milyarder Vahid Ələkbərov da neftin ucuzlaşmasının böyük ziyan vurduğu varlılar arasındadır. İqtisadçı Qulu İbrahimlinin özünün “feysbuk” səhifəsində paylaşdığı məlumatdan belə aydın olur ki, azərbaycanlı milyarder də bahalı daşınmaz əmlaklarının satışına başlayıb.

 

  

Q.İbrahimli yazıb ki, V.Ələkbərov özünün Bakıdakı iqamətgahını 15 milyon manata satışa çıxarıb. İqtisadçı həmin mülkün şəkillərini də paylaşıb: “Neftin qiymətinin düşməsi Vahid Ələkbərovu villasını satmağa vadar etdi. Rusiyanın "LUKOYL" neft şirkətinin prezidenti Vahid Ələkbərov Bakıdakı iqamətgahını 15 milyon manata satışa çıxardı. Görünür, neftin qiymətinin kəskin düşməsi milyarderi Bakıdakı iqamətgahının saxlanması xərcləri yükündən də azad olmağa vadar edib. Tbilisi prospekti, Avropa Oteli və Heydər Əliyev adına İdman Sarayının yaxınlığında yerləşən gözəl 3 mərtəbəli iqamətgah 36 sot torpaq sahəsinə və 1500 kvadratmetr ümumi tikili sahəsinə malikdir. İqamətgah xüsusi dizayn olunmuş mebellərlə, lampalar, qablar, rəsm əsərləri və s. ilə tam təchiz olunub. Yaxşı baxılmış mevə və dekorativ ağacları olan gözəl bağı var.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam