Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

ASAN vizanın tətbiqi ilə bağlı - dəyişiklik ediləcək

ASAN vizanın tətbiqi ilə bağlı dəyişiklik ediləcək
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.
Yenixeber.org: Milli Məclisin Mətbuat Xidmətindən verilən məlumata görə, toplantıda komitənin sədri Musa Quliyev bildirib ki, gündəlikdə “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələlər var.

Komitə sədri məlumat verib ki, Azərbaycan Prezidentinin cari il martın 19-da imzaladığı “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamın 10.2-ci bəndinin icrasıyla əlaqədar Nazirlər Kabineti 4 aprel 2020-ci il tarixdə Tədbirlər Planını təsdiqləyib. “Sosial sığorta haqqında” qanuna təklif olunan dəyişikliklər bu məsələlərlə əlaqədardır. Belə ki, müzakirəyə təqdim olunan qanun layihəsi bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükünün azaldılmasıyla bağlı güzəştləri əhatə edir.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov qanun layihəsi barədə ətraflı məlumat verdilər, koronavirus pandemiyası ilə bağlı ölkəmizdə həyata keçirilən sosial tədbirlərdən danışdılar.

Bildirilib ki, ümumilikdə 4,8 milyon vətəndaş sosial dəstək tədbirlərindən faydalanacaqdır. İclasda çıxış edən komitə üzvləri Ziyad Səmədzadə, Jalə Əliyeva, Vüqar Bayramov, İlham Məmmədov, Sevinc Hüseynova, Arzu Nağıyev, Sultan Məmmədov, Məlahət İbrahimqızı bu dəyişiklikdən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində tətbiq ediləcək güzəştləri yüksək qiymətləndirdilər, layihə barədə qeyd və təkliflərini veriblər.

Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov, Dövlət Sosial Sığorta Fondunun direktoru Himalay Məmişov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib. İclasda “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də ikinci oxunuşda müzakirə olunub.

Məlumat verilib ki, qanunun 7-ci maddəsinə təklif olunan dəyişiklik ölkəmizdə ASAN vizanın tətbiqi ilə əlaqədardır və birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsini özündə ehtiva edir.

İclasın sonunda bu qanun layihəsi də ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam