Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

 Gədəbəy​ rayon​ Məşğulluq​ Mərkəzində “kolxoz bazarı” -İDDİA

  Hər kəsə bəllidir ki, Məşğulluq Mərkəzlərinin fəaliyyətlərinin əsasında “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu əsas rol oynayır.

Yenixeber.org: Bu Qanun iş axtaran və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində ərazi məşğulluq proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini, əmək bazarında vəziyyəti öyrənməklə iş qüvvəsinə olan tələb və təkliflərin təhlilini, əmək ehtiyatlarına, iş qüvvəsinin hərəkətinə dair proqnozlar hazırlanmasını, təklif verilməsini, iş axtaran və işsiz vətəndaşların qeydə alınmasını, onların münasib işlə təmin olunmalarını, müəssisə və təşkilatlarda​ kvotaya uyğun olaraq müəyyən olunmuş xüsusi iş yerləri hesabına sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin edilməsini, əhalinin məşğulluğuna dair statistik hesabatları hazırlayıb müəyyən edilmiş müddətlərdə şəhər, rayon statistika idarələrinə və Dövlət Məşğulluq xidmətinə təqdim olunmasını və s. təşkil edir.

Yəni, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu əsas prinsipləri, məhz daha çox sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial müdafiəsini yaxşılaşdırmaq durur. Qanunun belə bir tələbinin varlığına baxmayaraq, bu gün “islahatçı” Sahil Babayevin kadrlarının Gədəbəydə “kolxoz bazarı” açdıqları vurğulanır. Məsələn, Gədəbəy​ rayon​ Məşğulluq​ Mərkəzindəki mövcud vəziyyət haqda məlumatları saytımıza çatdıran mənbə ​ bildirir ki, “Mərkəzinin direktoru​ Sənan​ Mürsəlov əksər vaxtlarda işə gəlmir və mərkəzdə idarəçiliyi Kamil və Vüsal adlı şəxslər həyata keçirirlər. (Yazını istinad etmədən digər sayta yerləşdirmək, birbaşa abırsızlıqdır) Bu şəxslər əksər vaxtlarda iş yerində olurlar və kim onlara xeyir verərsə, o halda giriş qapılarını açırlar. Kim də ki, xeyr verməzsə, giriş qapıları həmin şəxsin üzünə bağlı qalır. Mərkəzin hər iki əməkdaşı Gədəbəydə vəzifə sahibi olan şəxslərin yaxın qohumlarını işsiz kimi qeydə salırlar və onların 190 AZN-i almalarına imkan yaradırlar. Amma Yusifli Gülyana Əliş qızı, Səlimov Vidadi Kaman oğlu və s. kimi elə imkansız şəxslər var ki, onlar dövlətimizin belə bir köməkliyindən heç cür yararlana bilmirlər. Bundan əlavə, rayonda Əliyev Zaur Fazil oğlu adlı şəxs var və o, hal-hazırda da işsizdir. Himayəsində azyaşlı üç qız övladı var və özü də ​ onkoloji xəstədir. Bu şəxs də dövlətimizin belə bir köməkliyindən yararlana bilmir”.

​ Ümumiyyətlə, saytımıza daxil olan məlumatları əsas tutub belə bir qənaətə gəlmək olar ki, mərkəzdə bu kimi eybəcər idarəçiliyin əmələ gəlməsinə əsas səbəb, birbaşa “islahatçı” Sahil Babayevə xəyanət etmək qərarı verən Gədəbəy​ rayon​ Məşğulluq​ Mərkəzinin direktoru​ Sənan​ Mürsəlovun özbaşınalığı və yaratmış olduğu şəraitin varlığıdır. Faciəli hal odur ki, bu cür eybəcər mənzərənin varlığı təkcə şəhərdə deyil, həmçinin rayonun kəndlərində də tüğyan etdiyi bildirilir. Bu yöndə araşdırmamız davam edəcək.(gündemxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam