Füzuli rayonunda- koronavirus epidemiyasına qarşı mübarizə
Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib.
Yenixeber.org: Koronavirus ( COVİD – 19) epidemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə respublikanın bütün digər bölgələrində olduğu kimi Füzuli rayonunda da təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Vəziyyəti nəzarətdə saxlamaq və operativ tədbirlər həyata keçirmək məqsədilə rayon qərargahı yaradılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq Füzuli Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinin dinlənməsi əsasən mobil telefon vastəsilə həyata keçirilir.
Rayonun işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən bütün təhsil, mədəniyyət və tibb müəsisələri binalarının, inzibati binaların , yaşayış binalarının, yolların,küçələrin xüsusi məhlullar vastəsilə dezinfeksiyası davam etdirilir. Bu günə qədər ərazidə rayon GEM tərəfindən 46 təhsil müəsisəsi, 64 mədəni maarif müəssisəsi , 32 bağça, 58 digər təyinatlı bina , 30 ictimai- yaşayış binasında dezinfeksiya işləri həyata keçirilib.
Paralel olaraq rayon Baytarlıq İdarəsi tərəfindən 23 fermada və “ mal bazarı “ adlanan ərazidə mütəmadi dezinfeksiya işləri görülür.
Yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə rayonun Kommunal Xidmətlər İdarəsi xüsusi gücləndirilmiş iş rejiminə keçib. GEM və Kommunal Xidmətlər İdarəsinin birgə əməkdaşlığı ilə xüsusi texnikalar vastəsilə Horadiz şəhərinin küçə və prospektlərində , yaşayış binalarının çıxışlarında , pilləkənlərdə, parklarda,tullantıların toplanması üçün koteynerlər qoyulmuş meydançalarda , o cümlədən Böyük Bəhmənli kəndi ərazisində , məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbələrində,” 4 yol “ adlanan ərazi istiqamətində dezinfeksiyaedici yuyulma işləri həyata keçirilib.
Füzuli rayonunun bütün səhiyyə müəssisələri 24 saatlıq iş rejimində fəaliyyət göstərir. Rayonun səhiyyə işçiləri tərəfindən əhali arasında maarifləndirici söhbətlər aparılıb, epidemiyadan qorunmaq üçün gigiyena qaydalarına ciddi riayət etmələri tövsiyyə olunub. Bu günə qədər ərazidə əhali arasında 22036 nəfərin termometriyası aparılıb , 186 nəfərdən yaxma nümunələri götürülərək analiz üçün müvafiq laboratoriyalara göndərilib.
Operativ Qəqargahın sərəncam və tövsiyələrinə uyğun olaraq rayon ərazisində ərzaq mağazaları və apteklər istisna olmala bütün ictimai- iaişə obyektlərində iş rejimi saat 12.00 – dan 15.00 –dək müəyyən edilib.
Rayon ərazisində yaşı 65-dən yuxarı olan şəxslərin küçəyə çıxması qadağandır. Bu səbəbdən də RİH və ƏƏSM Nazirliyi yanında DSMF-nin Füzuli rayon şöbəsinin əməkdaşları tərəfindən tənha yaşayan , yaşı 65 –dən yuxarı olan şəxslərə sosial xidmətlər göstərilməsi üçün müvafiq tədbirlər görülüb. Küçələrdə , ictimai yerlərdə 10 nəfərdən artıq qruplarla toplaşmaq qadağan edilib. Əhaliyə alış – veriş zamanı ara məsafəsini 2 m olaraq saxlamaq tövsiyyə olunub.
Gündəlik olaraq səsgücləndiricilər vastəsilə əhaliyə maarifləndirici təlimatlar çatdırılır , karantin qaydalarına ciddi əməl etməyə çağırışlar edilir.
Operativ Qərargahın tövsiyə və sərəncamlarına uyğun olaraq ərazidə toy, nişan və bu kimi toplu mərasimlərin keçirilməsi qadağan olunub.
Qeyd edək ki, son yeddi ildə Füzuli rayonunda yas yerləri sadələşdirilmiş qaydada həyata keçirildiyindən Operativ Qərargahın yas yerləri ilə bağlı verdiyi qərarın icrası heç bir çətinlik törətməmişdir. Belə ki, yas yerləri qapalı məkanlardan istifadə etmədən , çadırlar qurulmadan , əhalinin kütləvi toplantısı olmadan tam sadə şəkildə həyata keçirilir.
Rayon ərazisində koronavirus epidemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi davam etməkdədir.