Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Maaş kartlarında Tahir Məmmədov həqiqətləri - Şamaxı icra başçısının "I" ƏMƏLİYYATI-(MÜRACİƏT)

 

 

"Şamaxıda aztəminatlı vətəndaşların ictimai işlərə cəlb olunaraq aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əmək haqları kartları Tahir müəllim həqiqətləri yazaraq ictimailəşdirən adamlara rüşvət olaraq öz mülkiyyəti kimi paylayıb ki, faktları yazmasınlar..." 

Yenixeber.org: Redaksiyamıza belə bir iddia dolu müraciət daxil olub.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Sürəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Sürəti: Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Əli Nağıyevə

"Cənab Prezident, Milli Məclisin ilk iclasındakı çıxışınızda bildirdiniz ki, «…hansısa icra başçısı düşünür ki, bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. Sİza ünvanlanan məktubları əvvəllər bəziləri gizlədirdilər və şikayət edilən adama göndərirdilər ki, özü «aydınlaşdırsın» məsələni... O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Çox düzgün qeyd etdiniz ki, buna vaxt lazımdır… Sizin çıxışınızdan daha da ruhlanaraq Sizə təkrar yazırıq və imdad səsimizə kömək olmağınızı xahiş edirik…»

Bu günlərdə Babayar Bayramov adlı Şamaxı sakini saytlara göndərdiyi məqalədə o (məqalələrin adları «İcra başçısı sarıdan bəxti gətirməyən Şamaxı» və «Tahir Məmmədov və Yaqub Tatarov Şamaxıya uğursuzluqlar gətiriblər?» və s.) Tahir Məmmədovun və digər məmurların adları faktlarla rüşvət qalmaqalında hallanırdı. Yazdığı həqiqətlərə görə Babayar müəllim rayon polis naryadının müşaiyyəti ilə prokurorluğa aparıldı. Babayar müəllimə polis və prokurorluq vasitəsilə təzyiq edərək yazdıqlarını təkzib etməyi məcbur etdilər. Hələ bu cür təzyiqlərə məruz qalan Babayar müəllimin səhhətində ciddi problemlər də yarandı və o, bir müddət xəstəxanada qaldı…

Siz çıxışınızda vurğuladınız ki, bir çox məsələlər haqqında məlumatı Siz mətbuatdan alırsız, bəzən məlumatlar Sizə çatmırdı, gizlədirdilər, malalayırdılar və s. Tahir Məmmədovun özbaşnalıqlarınnan ehtiyyatlanaraq biz hələki faktları imzalı yazmaqdan çəkinirik. Buna görə də Sizdən dönə dönə üzr istəyirik. Amma Sizdən xahiş edirik, bütün yazılanlar bir sadə şamaxılı olaraq bizim gözlərimiz önündədir və hamısı danılmaz faktlardır bunları yoxladın, əmin olun özünüzdə…

Zəlzələdən  zərər  çəkmiş  evlərin  təmirində etdikləri özbaşnalıq, özlərinin müəyyən olunmuş «şirinlik» əvəzinə tutduqları siyahı Şamaxıda çox ciddi narazılıqlar yaradıb. Şamaxıda artıq «Boz cardinal» kimi ad çıxarmış Tahir müəllimin Bakıdan çirkli işləri yerinə yetirmək üçün gətirdiyi köməkçisi Yaqub Yaqubov nəinki köməkçi, hətta Birinci müavinində səlahiyyətlərinnən çox səlahiyyətlərə malikdir. Ona hətta başçının müavini üçün nəzərdə tutulmuş 56AA096 nömrəli xidməti avtomobildə verilib… Bu məmurun vəzifələrindən sui-istifadə deyilmi, bu camaatı hakimiyyətdən narazı salmaq deyilmi?

Bu özbaşnalıqların ən ciddi təzahürünü Şamaxı camaatı son Bələdiyyə seçkilərində ayani şəkildə gördü və etirazlarına baxmayaraq demək olar ki, bütün məntəqələrdə heç bir nəticəsi olmadı. Belə ki, ən qalmaqallısı rayonun Şəhriyar qəsəbəsinə  bələdiyyə sədri postuna   Mikayılov  Sabir Şahsəddin oğlu təyin edildi. Sabir Mikayılov həkim  komissiyasının  rəyi  ilə  ordu  sıralarına  yararsız  hesab  edilib. Onu xəstəliklər cədvəlinin  22-C  maddəsinə  görə   komissovat   ediblər. Halbuki  qanunvericilikdə  belə  xəstələrə  vəzifə  etibar  etmək  olmaz.  Hətta  belə  xəstələr sürücülük vəsiqəsi  də  vermirlər. Belə  xəstələr  cinayət törətdikdə  belə  cinayət  məsuliyyətinə  cəlb  edilmirlər.  Belələrinə  el  arasında  "Dəli"  deyirlər. lakin hətta belə bir adam Tahir Məmmədovun rayonda yeritdiyi siyasətinin tələblərinə cavab verdiyi üçün etirazlara baxmayaraq vəzifəyə gətirildi… bəs səbəb nə idi? məqsəd nədir?…

Belə dəlinin və icki aludəçisinin vəzifəyə gətirilməsi üçün illər öncə dövlət qulluğundan uzaqlaşdırılan köhnə aferist İxtiyar  Xəlilovu  Şəhriyar  qəsəbəsinə  icra nümayəndəsi  təyin  edirlər. Əyri işləri ilə tanınmış belə adamın dövlət qulluğuna gətirilməsi özü belə təbii ki, ciddi «şirinlik» müqabilində oldu və o, ona həvalə olunan işin öhdəsinnən «məharətlə gəldi», seçkini Tahir müəllimin tapşırığı ilə saxtalaşdırdı və qəsəbəni dəliyə həvalə etdi…

Tahir  Məmmədov «Boz cardinal» Yaqub  Yaqubov azmış kimi bu yaxınlarda öz yaxın qohumunu da Şamaxıya  vəzifəyə gətirdi və elə bir posta oturtdu ki, onun icazəsi olmadan heç bir tikinti gedə bilməz. qısa müddət keçməsinə baxmayaraq məlum oldu ki, adamı pul yığmağa gətiriblər ki, yada dam olmasın bu cür mühüm postda…şamaxıda adam tapılmadı???

Gəldikləri  gündən  xalqın xeyrinə iş görmək, iş yerləri açmaq  barədə yox, ancaq pul toplamağı qarşılarına məqsəd qoyan Tahir  Məmmədov «Boz cardinal» Yaqub  Yaqubov cütlüyü mövcud iş yerlərinə də öz yaxınlarını yerləşdirərək «şəbəkə» yaradır…

Cəna Prezident, hələ Sizin dövlət qayğısı ilə əhatə olunan işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb olunaraq aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əmək haqları kartları Tahir müəllim həqiqətləri yazaraq ictimailəşdirən adamlara rüşvət olaraq öz mülkiyyəti kimi paylayıb ki, faktları yazmasınlar. Həmin adamları rayon adamları hamı tanıyır və onlar da bunu özləri də gizlətmir… deməli yazanları ya polis və prokurorluq vasitəsilə təziqlər edir və ya buy olla əla alırlar, ama doğrudan da ehtiyyacı olan adamlar yenə də Sizin yaratdığınız bu nəcib vasitədən bəhrələnə bilmir…

Cənab Prezident, Siz dəfələrlə icra başçılarına müraciət edərək onlara xaqlın problemlərini həll etməyə çağırırsınız, rayonlarda iş yerləri açmağı, investisiyaları cəlb etməyə tövsiyyə edirsiniz. Lakin hələ yaza bilmədiyimiz nə qədər ciddi qanun pozuntular, nə qədər sui-istifadə faktları var...

Biz şamaxılılar yazıb Sizdən xahiş edirik ki, bizim də səsimizi eşidib, deyilənləri araşdırmağı tapşırasınız və Tahir Məmmədovun bu özbaşnalıqlara son qoyasınız."(ixa.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam