Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Məşhur "Shafran" MMC-nin tək təsisçisi Tofiq Zülfüqarov olub- "Zəfəran" apteklərinin yaradıcısı-FOTOFAKT

 

 Yenixeber.org: Araşdırmaçı jurnalist Hafiz Babalı sosial şəbəkələrdə yeni araşdrma ilə çıxış edib. Araşdırma "Zəfəran" aptelkər zəncirinin sahbi, keçmiş xarici işlər naziri, "Azərbaycan Landromatının" "qaynadıldığı" dövrdə Estoniyada ölkəmizi fövqəladə və səlahiyyətli səfir qismində (2007-2015-ci illər) təmsil etmiş Tofiq Zülfüqarovun təsisçisi olduğu "Shafran" MMC-lə bağlıdır. Hafiz Babalı yazır:
Keçmiş xarici işlər naziri, "Azərbaycan Landromatının" "qaynadıldığı" dövrdə Estoniyada ölkəmizi fövqəladə və səlahiyyətli səfir qismində (2007-2015-ci illər) təmsil etmiş Tofiq Zülfüqarov məşhur "Zəfəran" apteklərinin sahibi olan "Shafran" MMC-nin (VÖEN 1301829671) əsasını qoyan yeganə təsisçi imiş.
Şirkət 2008-ci ildə cənab səfir Tallinndə ikən yaradılıb və onun ilk direktoru da T. Zülfüqarov öz olub.
2018-ci ilin dekabrında "Şhafran" MMC deputat, Milli Onkologiya Mərkəzinin direktoru Kamaləddin Qafarova aid olduğu bildirilən "Azeri Med" MMC-yə qoşulmaqla ləğv edildiyini elan edib.
Şirkətin tərkibinə Bakıdakı Zəfəran Hospital və ölkənin ən iri aptek şəbəkələrindən biri daxildir.
"Shafran" MMC 2017-2018-ci illərdə DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuların tibbi müayinəsinin aparılması işləri üzrə iki müsabiqədə qalib gəlib.
Sonuncu dəfə "Shafran" MMC-nin reyestr məlumatlarına 2017-ci ilin mayında dəyişiklik edilib.T. Zülfüqarovun şirkəti nə zaman tərk etdiyi, onun inkişafına sərmayə yatırımında iştirak edib-etməməsi barədə məlumatlar şirkətin maliyyə hesabatını açıqlamaması səbəbindən ictimaiyyətə məlum deyil.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam