Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Vaqif Abdullayev 80 saylı İmişli-Beyləqan dairəsindən namizədliyini irəli sürəcək?

 

  

Əvvəllər Bakı şəhəri Nərmanov rayonundan millət vəkili seçilmiş, 2007-2018-ci illərdə Xızı və Beyləqan rayonlarında icra başçısı vəzifəsində işləmiş, siyasi elmlər doktoru Vaqif Abdullayevin növbədənkənar parlament seçkilərin təkrar keçiriləcək seçkilərdə 80 saylı İmişli-Beyləqan dairəsindən namizədliyini irəli sürəcəyilə bağlı məlumatlı mənbədən redaksiyamıza informasiya daxil olub.
Yenixeber.org: Bu informasiyanı dəqiqləşdirmək məqsədilə professor Vaqif Abdullayevlə telefon əlaqəsi saxlamağa cəhd etdik, lakin onunla telefon bağlantısı yaradıb, xəbərin doğruluğunu öyrənə bilmədik. Bu məlumatı dəqiqləşdirməyə cəhd edəcəyik.

Qeyd edək ki, Vaqif Abdullayev 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etməklə alimlik dərəcəsinə yüksəlib.

2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə professor adına layiq görülüb. Özünün də dediyi kimi Arif Mehdiyev, Azad Mirzəcanzadə kimi insanların əlindən diplom alıb. Bir müddət sonra isə 4 il ərzində Xızı rayon İcra Hakimiyyətinin başçısı olub, 8 il isə Beyləqan rayonuna rəhbərlik edib.

Onun bu rayonlarda çalışdığı müddətdə ölkə başçısı Xızıda 3, Beyləqanda 2 dəfə olub.

2015-ci ildə ölkə başçısının sərəncamı ilə Vaqif İdris oğlu Abdullayev 3-cü dərəcəli Vətənə Xidmətə görə ordenlə təltif edilib. 1998-ci ildə yazdığı "Millət ideyası: siyasi aspekt” kitabının nəşrindən dərhal sonra 1999-cu ildə "O, böyük siyasətə hazırdır” kitabını yazıb.

Kitabının təqdimatı üçün dəvətnamələri şəxsən özü paylayıb. Bu fəaliyyətin davamı kimi 2000-ci ildə "Azərbaycan yeni diplomatiya məkanında”, 2002-ci ildə "Müstəqilliyimizin strategiyası”, 2004-cü ildə "Sülh və sabitlik Prezidenti”, ondan üç il sonra, 2007-ci ildə isə "Planetar təfəkkürlü lider” kitablarını yazıb. Heydər Əliyev və Azərbaycan diplomatiyası, neft strategiyası, milli şüur, siyasi mədəniyyətin təkmilləşdirilməsi problemlərinə həsr olunan elmi tədqiqatlar üzərində çalışıb.

Vaqif Abdullayevin kitabları latış, ivrit, gürcü, rus, ingilis və s. dillərə tərcüm edilib, Gürcüstanda İngiltərədə, Ukraynada, Səudiyyə Ərəbistanında və bir sıra ölkələrdə kitablarının təqdimatı keçirilib.

Bizi izləyin.(paralel.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam