Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Vergi işçiləri peşə bayramını qeyd edir

 

Bu gün vergi xidməti işçilərinin peşə bayramıdır. 

 

Yenixeber.org: Bu münasibətlə konfrans keçirilib. 

Tədbirdə vergi orqanlarının əməkdaşları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, iqtisadçı ekspertlər və iş adamları iştirak ediblər.

Konfransda “Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru” mövzusunda təqdimatla çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə ölkəmizin iqtisadi inkişafı, vergi siyasətinin əsas istiqamətləri və vergi sistemində aparılan islahatlar, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər və onların ölkə iqtisadiyyatına təsiri, şəffaflıq istiqamətində yeni çağırışlar, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri barədə danışıb.

Nazir bildirib ki, 2019-cu il iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması ilə bağlı ciddi addımlar atılıb. Son dövrlərdə şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlar dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsasını qoyub. Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizmlərinin tətbiqi biznesin, qismən də olsa, “kölgə”dən çıxmasına səbəb olub. Bütövlükdə, işgüzar cəmiyyətin yeni münasibətlər kontekstinə müsbət yanaşması aparılan siyasətin düzgünlüyünü, şəffaflığın isə alternativsizliyini bir daha sübut edir.

M.Cabbarov vergi sisteminin iqtisadi tənzimlənmədə mühüm rol oynadığını və sahibkarlığın inkişafının əsas hədəflərdən biri olduğunu qeyd edib, iqtisadi inkişafın işgüzar aktivliyə və biznesin çevikliyinə bağlı olduğunu, böyük sayda kiçik və orta biznesin məşğulluq və dayanıqlı iqtisadiyyat üçün möhkəm bünövrə yaratdığını vurğulayıb.

İqtisadiyyat naziri şəffaf işləyən bütün sahibkarlara təşəkkür edib.

Konfransda Vergilər nazirinin müavini İlkin Vəliyev “Vergi inzibatçılığında şəffaflığa aparan yol” mövzusunda təqdimatla çıxıb edib və vergi sistemində reallaşdırılan islahatlar, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, həyata keçirilən və nəzərdə tutulan işlər barədə danışıb.

Tədbirdə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) rəhbəri Nuran Kərimov “Kölgə iqtisadiyyatı” ilə mübarizə və şəffaflıq”, “Millennium” turizm şirkətinin direktoru Ruslan Quliyev “Vergi sahəsində sahibkarlar üçün yaradılmış münbit şərait”, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev “Şəffaf uçot, asan hesablama, dürüst hesabatlılıq vergi inzibatçılığının əsas istiqaməti kimi”, “Unimetal” MMC-nin direktoru Rüfət Əzizov “Vergi siyasətinin investisiya mühitinə təsiri”, AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Vergi orqanı: dünən, bu gün” mövzusunda çıxış ediblər.

Natiqlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində Vergilər Nazirliyi tərəfindən həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər, iqtisadiyyatın şəffaflaşdırılması məqsədilə aparılan islahatlara dair təkliflər səsləndiriblər.

Sonra konfrans öz işini panel iclasında davam etdirib. İclasda İqtisadiyyat və Vergilər nazirliklərinin, Azərbaycan Mərkəzi Bankının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən iştirakçıların sualları cavablandırılıb, aktual məsələlər ətrafında müzakirələr aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam