Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda bu şəxslər üçün möhtəşəm asma körpü tikilir -FOTO

Bakıda bu şəxslər üçün möhtəşəm asma körpü tikilir – FOTO

Bakı şəhəri, Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisinə başlanılır. Yerüstü piyada keçidinin aşırım hissəsi üstü açıq olmaqla metal konstruksiyalıdır.

Yenixeber.org: Tbilisi prospekti üzərindən hər birinin uzunluğu 70.92 metr olan iki aşırım hissə, Akademik Həsən Əliyev küçəsinin üzərindən isə uzunluğu 59,29 metr olan bir aşırım hissə keçməklə yeni yerüstü piyada keçidinin görünüşü üçbucaq şəklindədir.

Kənar dayaqlar və pilləkənlər dəmir-betondur.

Orta dayaqlar metaldır və metal troslar vasitəsi ilə asılmaqla asma körpü görünüşünə oxşadılıb.

Fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrik panduslar nəzərdə tutulub.

Qeyd edək ki, avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların yolları rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər, o cümlədən yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri həyata keçirilir.

Bu çərçivədə 2018-2019-cu illərdə Bakı şəhəri və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidləri inşa edilərək istifadəyə verilib.

Hazırda 10 ərazidə yerüstü və yeraltı piyada keçdilərinin inşası aparılır ki, bunlardan bir neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində daha 6 yerdə yeni keçidlərin inşasına başlanılması nəzərdə tutulub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam