Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Fəzail Ağamalı vəkilimi döydü“ -VİDEO

 

 
   
 

bitmap-img6

 
"Mən Fəzail Ağamalı ilə qarşıdurmaya getməmişəm. Əksinə, o, mənim vəkilimi döyüb və camaat da buna etiraz edib”. 
Yenixeber.org: Bu sözləri saytımıza 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Kamil Musəvi bildirib.
Kamil Musavinin sözlərinə görə, həm dairədən namizəd olan Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının ona etiraz edənləri "sərxoş”, "nəşəli” adlandırması iftiradan başqa bir şey deyil. 
"Bəlkə, deyəydi, orada türmədən gətirdiyim adamlar olub, nə bilim vertolyot filanla adamlarla gətimişik? Ora toplaşan insanlar seçicilərdir. Onlar da Fəzail Ağamalıya etiraz ediblər. Bu adam mənim vəkilimi döydürüb, əlimizdə bununla bağlı videosübutlar var. Camaat da bundan xəbər tutub ona etiraz etməyə gəliblər”, - deyə Kamil Musəvi vurğulayıb.
Kamil Musəvi vəkilinin fiziki təzyiqə məruz qaldığını əks etdirən videonu da redaksiyamıza göndərib.
Deputat Fəzail Ağamalı bu gün Salyanda etirazla qarşılanıb. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif videolar yayılıb.
Fəzail Ağamalı isə saytımıza bildirib ki, baş verənlər ona qarşı təxribatdır. 
"Ağlı başında olmayan, kefli, hallanmış, narkotika qəbul etmiş 25-30 nəfər şəxs bizə hücum çəkdi”, - deyə AVP sədri qeyd edib.(yenisabah) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam