Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı müraciət

Baş Prokurorluq Nərminin qətli ilə bağlı ictimaiyyətə müraciət etdi
Yenixeber.org: Son günlər bəzi sosial şəbəkələr və ayrı-ayrı internet informasiya resurslarında Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə müxtəlif anonim informasiyalar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilən faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tam, hərtərəfli və obyektiv istintaq-əməliyyat tədbirləri davam etdirilməklə həmin informasiyalar öyrənilir və araşdırılması təmin olunacaqdır.
İstintaq-əməliyyat qrupu tərəfindən həmin qətllə bağlı məlumatlı olan şəxslərdən +99412 440 75 25 və +99412 440 79 25 nömrəli telefonlara müraciət etmələri xahiş olunur.
Məlumat vermiş şəxslərin anonimliyi və təhlükəsizliyinə təminat verilir.
Kütləvi informasiya vasitələrinə aidiyyəti dövlət qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmələr aparılmadan istintaqın maraqlarına zidd olmaqla konfidensial informasiya hesab edilən məlumatların yayılmasına yol verməmələri bir daha tövsiyə edilir.
İstintaqın gedişatı ilə bağlı zərurət yarandıqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam