Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hadı Rəcəbli xalqı təhqir etdi -...utanmadan

Hadı Rəcəbli xalqı təhqir etdi
Deputatlığa namizəd Hadı Rəcəbli xalqı təhqir edib.

Yenixeber.org: Bu iddia ilə 74 saylı Lənkəran kənd dairəsindən deputatlığa namizəd Aqşin Misranlı çıxış edib. Onun “Facebook” hesabından yazdığı statusu olduğu kimi təqim edirik:

“Haqqımda Azərbaycan Xəbərləri Birliyi saytında çıxan məqaləyə cavab olaraq deyirəm – Burada qeyri-adi bir şey yoxdur, Hadı Rəcəblinin düşməni yox rəqibiyəm və bu normaldır. O ki, qaldı yazılara, bəli, əvvəllər ona simpatiyam var idi və ona inanırdım, onu söyüb təhqir edənlərə də irad tuturdum ki, onu söyməsinlər. Amma atamla yaxın olduğunu göstərən Hadı Rəcəbli şəxs onun ölümü üstə belə gəlmədi amma yenə də onun üzünə vurmadım. Hadı Rəcəbli indi bu yazıları verməklə özünü bir daha gözdən saldı .Əgər yazılara qalsa onda, o da keçmişdə kommunist idi və Azərbaycan xalqına qarşı olub. İndi bu yazıları üzə çıxarmaq nə dərəcədə doğrudur? Bəli, mən namizədliyimi Hadı Rəcəblidən tez vermişəm, lakin o sonra məni yanına çağırdı ki, namizədliyimi geri götürüm ancaq mən götürmədim. Mən ona deyəndə ki, axı xalq mənə imza verib. O da cavabında (üzr istəyirəm) ” Xalq mənim .....” dedi, utanmadan. Odur ki, mən də tüpürüb çıxdım. Mənim yazılarımı məndən icazəsiz yayan Hadı Rəcəblini və Azərbaycan Xəbərlər Birliyi saytını da məhkəməyə verəcəm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam