Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qeydiyyata cəlb olunan - mənzillərin sayı açıqlandı

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə yanvarın 21-24-də Nərimanov və Nizami rayonlarında istismarına icazə verilmiş binalarda keçiriləcək.

Yenixeber.org: İqtisadiyyat Nazirliyindən bildirilib ki, səyyar qeydiyyat xidmətindən yanvarın 21-də Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, yanvarın 22-də saat 9:00-dan 13:00-dək Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 99 və 101, saat 14:00-dan 18:00-dək isə Nizami rayonu, E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında yerləşən binaların sakinləri yararlana biləcəklər.

Nizami rayonu üzrə kampaniya yanvarın 23-də Ş.Mirzəyev, T.Abbasov və R.Teymurov küçələrinin kəsişməsində, 2444-cü məhəllədə, yanvarın 24-də isə E.Süleymanov küçəsi, 59 ünvanlarındakı çoxmənzilli binalarda davam etdiriləcək və ümumilikdə 815 mənzili əhatə edəcək.

Mənzillərini dövlət reyestrində qeydiyyata almaq istəyənlər şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı olmaqla ilkin sənədlərlə mobil ofislərə müraciət edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam