Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Cavanşir Feyziyevdən deputatlığa əlvida:“Quska”dan obyekt, ölüm işi, dərman inhisarı... 

       

“Quska”dan obyekt, ölüm işi, dərman inhisarı...Növbədənkənar parlament seçkilərinin olacağı hansı deputatların prosesdən kənarda qalacağı məsələsini aktuallaşdırıb.

Yenixeber.org: Mətbuatda müxtəlif iddialar, ehtimallar, siyahılar, adlar açıqlanır, parlamentin yeni tərkibinə kimlərin düşməyəcəyi proqnoz verilir.

Ekspertlər, jurnalistlər, sosial şəbəkə istifadəçilər və KİV-lər təqribi siyahılar tərtib edirlər. Ehtimal edilən siyahıda mandatdan məhrum ediləcək deputatlardan biri Cavanşir Feyziyev göstərilir.

Şəkidən olan oliqarx deputat, dərman biznesinin əsas payçısı, “Avromed”in sahibi C.Feyziyevin bu dəfə millət vəkili olmayacağı bildirilir.

Onun deputatlıq fəaliyyəti qənaətbəxş sayılmır, seçicilərlə ünsiyyəti, problemlərinə biganəliyi, parlamentdə passivliyi, az çıxışlar etməsi, anti-Azərbaycan kampaniyalara, prezidentə qarşı siyasətə cavab verməməsi nəzərdən qaçırılmayıb. Milli Məclisə enerjili, əsasən gənclərdən ibarət tərkib lazımdır. Bunu YAP icra katibi Əli Əhmədov da dedi. Deməli, C.Feyziyev bizneslə məşğul olsa yaxşıdır.

O, həmin deputatdır ki, “Quska” ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi.

C.Feyziyevin ondan az əvvəl də ölümlə nəticələnən qəzada adı keçmişdi. "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında deputat Cavanşir Feyziyev olubmuş.

AFN.az yazmışdı ki, onun qarşısına seçim imkanı qoyulub. Deyilib ki, ya böyük biznes qurumlarından vaz keçməlidir, ya da mandatdan.
İndiyədək ən böyük dərman firmalarından olan “Avromed”in müəyyən faizinə malik idisə, növbəti tərkibdə təmsil olunması üçün şirkətdən bütövlükdə vaz keçməsi gərəkəcək. Cavanşir Feyziyevin seçimi maraqla gözlənilir”.
Araşdırmalar göstərir ki, xüsusən "Avromed” dərman bazarının əsas inhisarçısı, monopolistidir, qiymətlərə ciddi təsir edə bilir.

Bazarda olan depolar, ayrı-ayrı firmalar müxtəlif təzyiq üsulları ilə sıxışdırılır, apteklərə mal verən mənbə olaraq yalnız adıçəkilən şirkət qalır.

"Binə” deposu deyilən dərman məntəqəsi "Avromed” tərəfindən sıxışdırılır. Həmin depo apteklərə nisbətə ucuz dərman paylaması ilə fərqlənir.

Bu da bazarın hökmranı olan "Avromed”in ürəyinə yatmır. Amma "Binə” deposu ilk belə hədəf seçilən qurban deyil. Bu illər ərzində onlarla belə dərman idxalçıları "zərərsizləşdirilib”, bazarı tərk eləməli olub.

"Azerimed” və "Asfarma” kimi iri firmalar da inhisarçılığa görə küncə sıxılırlar. Hazırda "Avromed”lə yanaşı "Zeytun” da aptekləri dərmanla təmin edir. Ancaq hələ də onunla başa-baş rəqabət aparmaq iqtidarında deyil.

O səbəbdən də rəqabətsizlik apteklərdə bahalığa, vətəndaşların cibinə uyğun olmayan qiymətlərə gətirib çıxarır.

Hətta 2015-ci ildə prezident İlham Əliyev dərmanların başqa ölkələrlə müqayisədə Azərbaycanda baha olduğunu açıqlamışdı.

Sitat: "Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır və insanlar məcbur olub bu dərmanları alırlar.

Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib.

Digər tərəfdən, dərmanlar var ki, müxtəlif ölkələrdə istehsal olunur. İnkişaf etmiş ölkələrdə onların qiyməti bahadır. O qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır.

Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir.

Mən burada bu barədə çox danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır”.
Cahan.info

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam