Füzuli RİH-in başçısı -növbəti səyyar keçirilib
Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 10 saylı Qayıdış qəsəbəsində keçirilib.
Yenixeber.org: Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Alı Alıyev qeyd edib ki, bu günkü reallıqlar və faktlar sübut edir ki, cənab Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasətin bəhrəsi olaraq Azərbaycan, dünyanın davamlı olaraq inkişafda olan dövlətidir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı kimi füzulililərdə öz həyatında hiss edir. Əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, həyata keçirilən sosial yönümlü tədbirlər Azərbaycan Respublikasının bütün vətəndaşları kimi Füzuli rayon sakinləri tərəfindən də çox böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanmışdır. İmzalanmış hər bir sərəncam və fərman minlərlə füzulili məcburi köçkün ailəsinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynamışdır.
10 saylı Qayıdış qəsəbəsinin ümumi əhalisi 904 nəfərdi. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbə sakinlərindən məcburi köçkün statusu olan 882 nəfərə hər ay 52920.00 manat vahid aylıq müavinət ödənilir, 3 ailəyə ünvanlı sosial yardım təyin edilib, 2 ailə özünüməşğulluq proqramına cəlb olunub. Qəsəbədə 3 şəhid ailəsi, 4 Qarabağ müharibəsi əlili vardır. Qəsəbə sakinlərindən 142 nəfərə müxtəlif növ pensiya və müavinət verilir, 75 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.
Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.
Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.