Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hindistanlılar Şəhidlər xiyabanında “oyun çıxardı” - Deputat və polis işə qarışdı -Video

Hindistanlılar Şəhidlər xiyabanında “oyun çıxardı” -Deputat və polis işə qarışdı - Video

Azərbaycanda səfərdə olan  bir qrup hindistanlı gənc musiqi sədaları altında Şəhidlər Xiyabanında klip çəkdirib.

Yenixeber.org: Görüntülər sosial şəbəkələrdə yayılıb. Şəhidlər Xiyabanındakı qəbirlərin önündən ritmik mahnının sədaları altında qaçan və oynayan bu gənclərin orada necə çəkiliş aparmaları müəmmalıdır.

Polisin də işə qarışdığı deyilir. “Modern”in yazdığına görə, hazırda məsələ Səbail rayon Polis İdarəsində araşdırılır.

Sosial şəbəkə istifadəçiləri arasında ciddi narazılıq yaradan klip haqda Milli Məclisin deputatı Aydın Mirzəzadə də sərt fikirlər yazıb. Deputat ölkəmiz üçün müqəddəs sayılan məkanda belə hərəkətin yolverilməz olduğunu bildirib:

“Bu gün bir qrup Hindistan vətəndaşının Şəhidlər Xiyabanında mahnı oxuyaraq rəqs etdiyi və klip çəkdirdiyi barədə xəbər yayıldı. Həmçinin həmin görüntülər də yayıldı. Azərbaycanlılar üçün müqəddəs olan bir məkanda xaricilərin belə hərəkəti yolverilməzdir. 

Hesab edirəm ki, bu məsləyə çox ciddi yanaşılmalıdır. Həmin şəxslər tapılıb dərhal ölkəmizdən deport edilməli və uzun müddət Azərbaycana gəlməsinə qadağa qoyulmalıdır. Eyni zamanda Hindistanın Azərbaycandakı səfirliyinə bura səfər edən vətəndaşlarına Azərbaycanın tarixinə, dəyərlərinə hörmət edilməsini xatırlatması nəzərlərinə çatdırılımalıdır”.

Həmin görüntüləri təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam