Ucar rayon Mərkəzi Xəstəxanasında daha bir rüşvət rəzaləti
Vətəndaş: «Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şobəsinin baş həkimi Cavanşir Qədirov məndən 450 manat «xidmət haqqı» istəyir» .
"Xeberinfo.com": Məlumata görə, PİA.AZ-a şikayət məktubu ünvanlayan Ucar rayonu Oğuz küçəsi bina 15 mənzil 5 də yaşayan Purqafari Azər Ələsgər oğlu bildirir ki, Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şobəsinin baş həkimi Cavanşir Qədirov ondan rüşvət olaraq 450 manat tələb edir və bu pulu verməyəcəyi təqdirdə onu cəzalandıracağı ilə təhdid edib.
Azər Purqafarinin bildirdiyinə görə həyat yoldaşı 23 yanvar 2015-ci il tarixində Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şobəsində qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Şikayətçi qeyd edir ki, cərrahiyyə şöbəsinin müdiri Cavanşir Qədirov 5 gün ərzində xəstəxananın həyətində yerləşən aptekdən 1500 manatlıq dava-dərman aldıtdırıb. Bundan sonra isə şöbə müdiri xəstəninin həyat yoldaşından «xidmət haqqı» olaraq 450 manat pul verməyi tələb edib.
Şikayətçi iddia edir ki, cərrahiyyə şöbəsinin müdiri Cavanşir Qədirov əks təqdirdə ailəmi evə buraxmayacağını və girov saxlayacağını ona açıq şəkildə bildirib:
«Mən çıxılmaz vəziyyətdə qaldım və bilmədim neynəyim. Bundan sonra Cavanşir həkim evində olanda, mənə tibb bacısı bildirdi ki, həyat yoldaşını evə apara bilərsən. Buna görə də ailəmi evimə gətirdim. Sonra mənə bildirdilər ki, cərrah Cavanşir Qədirov xəstəxanaya gəlib və həyat yoldaşımın evə gətirildiyini bilib və bizim ünvanımıza uca səslə nalayiq söyüşlər söyüb. Cavanşir Qədirov hamının yanında bildirib ki, nəyin bahasına olur-olsun bizi cəzalandıracaq.
Onu da bildirirəm ki, Cavanşir həkimin məndən 450 manatı verməyi tələb etməsini təsdiq edən video çəkliş də var. Bu video faktı hüquq-mühafizə orqanlarına, o cümlədən də Səhiyyə naziri cənab Oktay Şirəliyevə təqdim edəcəm. Hazırdada evdə qorxu içində yaşayırıq ki, sipirtli içki qəbul edib daima sərxoş vəziyyətdə olan Cavanşir həkim evimizə basqın edə bilər. Bu həkimin indiyə qədər etdiyi yararsız cərrahiyə əməliyyatı nəticəsində çoxlu sayda xəstələr dünyasını dəyişib. Mənim həyat yoldaşımın cərrahiyə əməliyyatında digər həkimlər iştirak etməsəydi, mən Cavanşir Qədirovun əməliyyat etməsinə qətiyyən razı olmazdım.
Mən mətbuat vasitəsi ilə aidiyatı orqanlardan və Səhiyyə naziri cənab Oktay Şirəliyevdən xahiş edirəm xəstələrə və onların yaxınlarına qənim kəsilmiş həkim Cavanşir Qədirovun barəsində qanuna uyğun ciddi tədbirlər görəsiniz. Mən aidiyyatı orqanlara, o cümlədən Səhiyyə Nazirliyinə artıq şikayətlər etmişəm. Dövlət orqanlarından da xahiş edirəm ki, məsələni araşdırıb qanunu tədbirlər görəsiniz”.
Qeyd edək ki, PİA.AZ-ın əməkdaşı Cavanşir Qədirovla əlaqə saxlayıb. Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şobəsinin müdiri əməkdaşımızla kobud danışıb və sonda bildirib ki, Azər Purqafari ona böhtan atır və iddialar həqiqət deyil. Həmçinin Cavanşir Qədirov təsdiq edib ki, Azər Purqafarini tanıyır.
Xatırladaq ki, ötən il, aprelin 21-də, Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şobəsində qeysər kəsiyi əməliyyatı olunan 20 yaslı Zərdab rayon sakini Sayad Abdulrəhmanova yeni uşaq dünyaya gətirərkən dünyasını dəyişib. Gənc ananın ölümündə də məhz Cavanşir Qədirovun adı hallanırdı. Bundan başqa 2011-ci il 30 iyunda dövrü mətbuatda yayılan məlumatda bildirilirdi ki, Cavansir Qədirov qardası Natiq Qədirov tərəfindən bıçaqlanıb. Bel nahiyəsindən bıcaq xəsarəti alan C. Qədirov xəstəxanada yerləşdirilmişdi. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilirdi.