Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xəstəxanada həkimi döydülər

 

Ucarda həkim döyülüb. 

"Xeberinfo.com":Hadisə bu gün günorta saatlarında Ucar Mərkəzi Rayon Xəstəxanasında (MRX) baş verib.

Baş həkimin müavini Ata Hacıyevin verdiyi məlumata görə, bu gün Zərdab rayon sakini Qasımova Günel Hümmət qızı doğuş keçirmək üçün ağır vəziyyətdə Ucar MRX-ya gətirilib.

Doğuş təbii üsulla mümkünsüz olduğundan, qeysəriyə yolu ilə həyata keçirilməsinə qərar verilib. Əsəblərinə hakim ola bilməyən xəstənin 4-5 nəfər yaxını xəstəxananın cərrahiyyə şöbəsinin müdiri və xəstənin cərrahı Cavanşir Qədirovu döyüblər.

Xəsarət almasına baxmayaraq, həkim G.Qasımovanı əməliyyat edərək, öz vəzifə borcunu layiqincə yerinə yetirib. A.Hacıyev xəstəxanada baş verən hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat verildiyini və hazırda araşdırma aparıldığını qeyd edib.

Qeyd edək ki, G.Qasımova ilk dəfədir ana olur. Ananın da, dünyaya gətirdiyi oğlan uşağının da vəziyyətinin normal olduğu bildirilir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam