Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Salyanda “Bələdiyyə hərracı“:Prezident rayonu kimə tapşırıb?  

 

“Sevindik Hətəmovla müavini Rəşad Cəbrayılov pulları bölə bilmir”.
Yenixeber.org: Bələdiyyə seçkiləri ilə bəzi rayonlarda qanun pozuntuları və seçki saxtakarlığı ilə bağlı şikayətlər davam edir.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Salyanda da saxtakarlıq və qanunsuzluqlar olub, lakin daha ağırı oldur ki, Salyanda Bələdiyyə seçkiləri az qala hərrac yolu ilə keçirilib. Belə ki, 2000 AZN-dən 40.000 AZN-ə dək pul ödəyən bələdiyyə üzvlərinin olduğu Salyan rayonunda seçkiləri hətta “hərrac” da adlandıranlar var.
Məlumatda deyilir ki, rayonda 59 Dairədən Arbatan, Kür Qaraqaşlı, Marışlı, Qızılağac, Salyan, Sarvan, Şorsulu Bələdiyyələri, 60 saylı Dairədən isə Aşağı Noxudlu, Çuxanlı, Həsənli, Kərimbəyli, Kürsəngi, Parça Xələc, Qarabağlı, Qaraçala, Varlı, Xələc, Xıdırlı, Yenikənd, Yolüstü bələdiyyələri Rəşad Cəbrayılov tərəfindən “hərraca” çıxarılıb. Hərracda qiymətlər 2000 AZN-dən ParçaXələc, Xələc, Xıdırlı bələdiyyələri və s. bələdiyyələr ilkin qiymətlə, Şorsulu bələdiyyəsi 20.000 AZN-dən start qiymətlə başlanıb.
Salyan sakinləri iddia edirlər ki, bu işlərin arxasında icra başçısının yaxın adamı Rəşad Cəbrayılov dayanır:
“Rəşad Cəbrayılov Sevindik Hətəmovla vəsaitləri böldükdə Sevindik müəllimin üzündə sevinc hissi olmadığını görən Rəşad müəllim:
– Vallah zorla almışam, deyirlər qazanc yoxdur, sərf eləmir, deməklə, başçını sakitləşdirmək cəhdinin uğursuz olduğunu görüb qalıqlarını da yığacağam sözləri ilə şefi razı sala bilib. Lakin kəsirləri ödəmək fikrində olmayan sədrlər Rəşad müəllim barədə mətbuata yazılar göndərməklə şantaj ediblər və görsəndiyi kimi göndəriblər də. Belə ki, Şorsulu “ağa”sı seçilən Məmmədov Famil Güləhməd oğlu savadı olmasa da anlayıb ki, 940 səsə 25.000 AZN çoxdur. Yəni 1 səs üçün 26,59 manat ödəmək “günah”dır. Hətta kənddə riyaziyyat müəllimlərinə də hesablatdırıb… Beləliklə, kəndxuda 5000 AZN-ı verməyəcək… Əgər Sevindik müəllim başqa siyahıları istəsə, göndərə bilərik”, – sakinlər yazıb.
“Bu biabırçılıqları qeyd etməklə məqsədimiz dürüst, avam kəndlilərin min-bir əziyyətlə, alın təri ilə qazandıqları vəsaitləri Rəşad kimi qaynata hesabına oliqarxa çevrilən məmurlara DUR deməkdir. Çox yaxşı olardı ki, növbəti yazı gedənə qədər Rəşad və Sevindik cütlüyü dürüst, sabahı dərk etməyən “sədr”lərin vəsaitlərini qaytarsınlar. Sonda Sevindik bəyin nəzərinə çatdırırıq ki, rayonu cənab Prezident sizə tapşırıb, Rəşada, Mehmana yox!”, – sakinlər bəyan ediblər.
Yazıdakı iddiaların kifayət qədər ciddi olduğunu nəzərə alaraq, Salyan Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq, lakin münasibət öyrənə bilmədik.(miq.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam