Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gəncədəki "Körpələr evi" ilə bağlı QALMAQALLI İDDİA - Körpələri iplə... -FOTO - VİDEO

 

Gəncədəki

"Gəncədə Körpələr Evinə xeyiriyyəçi insanlar tərəfindən aparılan yemək, geyim və oyuncaqların heç biri oradakı körpələrə verilmir".

Yenixeber.org: Bunu saytımıza açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

 

O, qeyd edib ki, insanlar bu barədə ona "İnstagram" səhifəsində yazıb, videolar atıblar:
"Deyilənə görə, onlar uşaqlara qidalar, geyimlər və oyuncaqlar aparıblar. 2 gündən sonra yenidən həmin insanlar uşaqlara şirniyyat aparanda görüblər ki, körpələr üçün apardıqları oyuncaqlar, qidalar və geyimlər onlara verilməyib. Bildirdilər ki, uşaqların bezlərini dəyişməmək üçün "kalqotka"larını iplə bağlayırlar ki, yerlərlərindən tərpənməsinlər. Altları çirklənəndə ətrafı batırmasınlar. Bu da gigiyenik normaların pozulması deməkdir. Deyilənə görə, orada uşaqlarla normal davranılmır. Mən bunu paylaşdım ki, aidiyyəti qurumlar nəzarətə götürüb araşdırmalara başlasınlar. Məlum paylaşımımdan sonra o körpələr evinə gedən insanların bir çoxu yazdılar ki, orada bu halları bizdə görmüşük. Oraya aparılan qidalar, oyuncaqlar və geyimlər uşaqlara verilmir. Ən önəmlisi isə orada gigiyena qaydalara əməl olunmur. Videolar var ki, şirniyyatları necə gəldi stolun üstünə tökülür. Uşaqlar da nəzarətsiz o şirniyyatları yeyirlər. Mənə bir nəfər dedi ki, hətta selofan paketin içindən şirniyyatları götürüb uşaqlara əllə yedizdirirlər".

Kəmalə Ağazadə vurğulayıb ki, işçilər uşaqların yanında bir-birinə qışqırırlar: "Körpə uşaqların yanında o cür hərəkət etmək nə qədər doğrudur?! Mən sosial şəbəkədə bu görünütləri paylaşdım ki, mətbuat bu məsələdən xəbərdar olsun. Aidiyyəti qurumların diqqətini oraya çəkək. Dövlətimiz kifayət qədər uşaq müəssisələrinə yardımlar edib, dəstək olur. Xeyriyyəçi insanlarımız da öz kömək edir. Nəyə görə uşaqlar bu vəziyyətdədir. Azərbaycanın birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva elə bir uşaq müəssisəsi yoxdur ki, oraya dəstək olmasın. Hər zaman da Mehriban xanım qeyd edir ki, uşaqlara xüsusi diqqət və qayğı olmalıdır. Nəyə görə yerlərdə məmurlar üzərlərinə düşən vəzifələri icra etmirlər".(sonxeber.az)

Aysel Yusifqızı
GəncədəkiGəncədəki


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam