Redaktor seçimi
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
Günün xəbəri

Paytaxtda - itifadə müddəti ötmüş məhsullar satan market aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 - Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər mütəmadi olaraq Agentliyin mütəxəssisləri tərəfindən təhlil edilərək araşdırılır və bu məlumatlar əsasında istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Yenixeber.org: Agentlikdən verilən məlumata görə, AQTA əməkdaşları bir qrup sakinin müraciəti əsasında Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov 56 ünvanında fəaliyyət göstərən “Real” marketdə araşdırma aparılıb. Araşdırma zamanı vitrində olan qida məhsullarına baxış keçirilib. Marketdə istifadə müddəti ötmüş müxtəlif əmtəə nişanlı süd və süd məhsulları aşkar olunmuşdur. Yararlılıq müddəti ötmüş qida məhsulları qanunvericiliyin tələblərinə uyğun olaraq, satışdan çıxarılaraq məhv edilib.

Aşkarlanmış nöqsanlarla əlaqədar müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və obyektin fəaliyyəti nəzarətə götürülüb. Sağlamlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı icrası məcburi göstərişlər verilib. Qanunvericiliyin və texniki normativ hüquqi aktların tələbləri izah olunub.

İstehlakçılara bir daha tövsiyyə olunur ki, qida məhsulları seçərkən məhsulun etiket məlumatlarına, mənşəyi ilə bağlı sənədlərə eyni zamanda saxlama şəraitinə diqqətli yetirsinlər. Hər hansı neqativ hallarla rastlaşdıqda Agentliyin 1003 - Çağrı Mərkəzinə məlumat versinlər.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam