Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ağstafada Heydər Əliyev Parkı “özəlləşdirildi”-İcra başçısı tərəfindən-(YENİLƏNDİ)

 

 
   
 

bitmap-img6

 

 

 
Ağstafa rayonunun mərkəzində yerləşən Heydər Əliyevin adını daşıyan park yerli sakinlərin istirahət üçün üz tutduğu məkanlardan biridir. Parkın təxminən beşdə bir hissəsini tutan iaşə obyekti, habelə ətrafdakı atraksionlar və kirayə uşaq maşınları Ağstafa Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Yasin Əfəndiyevə məxsusdur.
Yenixeber.org: Bu barədə saytımıza rayon sakinləri məlumat veriblər.
Sakinlərin sözlərinə görə, yeni təyin olunan icra başçısı Nizaməddin Quliyev ilk əvvəllər iaşə obyektinin kimin olmasından asılı olmayaraq, ətrafının zəbt edilməsini və səliqə-səhman yaradılmasını, gəzinti zolaqlarına mane olan qurğuların götürülməsini tapşırsa da, buna məhəl qoyan olmayıb: “Çünki başçı özü Goranboyda işlədiyi müddətdə biznesmenlik etdiyi üçün şöbə müdiri ilə razılıq əldə edə bilib və aylıq gəlirə ortaq olub. Parkın digər tərəfində yerləşən iki mərtəbəli ticarət və xidmət obyekti icra başçısının birinci müavini Ramiz Tatarovun kürəkəninə məxsusdur. O da, demək olar, parkın dörddə bir hissəsini zəbt edib. Başçı bu obyektlə bağlı öz müavini, sağ əli və xəzinədarı ilə də dil tapa bilib. Parkda yerləşən “Gənclər mərkəzi” çayxana kimi fəaliyyət göstərir və hər ay başçıya 800 manat haqq ödəyir. Parkın başqa bir tərəfində qoyulan səyyar iaşə obyekti və atraksionlar da hər ay başçının xəzinəsinə 500 manat haqq verir. Maraqlısı odur ki, sakinlər üçün inşa edilən parklar ancaq məmurlara qazanc gətirir. Görəsən başçı nə üçün hər ay xəzinəsinə gələn puldan Tarixi və Müasir Abidələr Parkının uçub-dağılan yerlərinin təmirinə xərcləmir? Bir müddət öncə, yeniyetmə və gənclərin ən çox istifadə etdikləri mini idman meydançanın sökülməsi heç kimin ürəyincə olmadı. Eşidəndə ki, bu meydança məqsədli şəkildə bank tikintisi üçün 70 min manata satılıb. Say-say, yaz-yaz bitməz...”.(pravda)
                                                                      ***
Bu gün (22 noyabr) Ağstafa Rayon İcra Hakimiyyətindən yazı ilə bağlı redaksiyamıza cavab göndərilib. Cavabı olduğu kimi-nöqtə, vergülünə toxunmadan-dərc edirik:

“Yenixeber.orq”un noyabrın 21-də verilmiş məlumatında “ Ağstafada Heydər Əliyev Parkı “özəlləşdirildi”-İcra başçısı tərəfindən

adlı yazısına cavab olaraq qeyd etmək istəyirəm ki, həmin iaşə obyektləri 15-20 il əvvəl tikilmişdir.

“Parkda yerləşən “Gənclər mərkəzi” çayxana kimi fəaliyyət göstərir və hər ay başçıya 800 manat haqq ödəyir. Parkın başqa bir tərəfində qoyulan səyyar iaşə obyekti və atraksionlar da hər ay başçının xəzinəsinə 500 manat haqq verir.”...” meydança məqsədli şəkildə bank tikintisi üçün 70 min manata satılıb” kimi yazıları Ağstafa Rayon İcra Hakimiyyətinin adına xələl gətirdiyinə, həmçinin, yazılanların cinayət xarakteri daşıdığına görə sübut olunmadığı təqdirdə lazımı yerlərə məlumat verilib, araşdırılması və günahkarın cəzalandırılması tələb ediləcək.

Nəzərə almağınız xahiş edilir.

İnformasiya təminatı və təhlil sektorunun müdiri: Leyla İsayeva


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam