Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

4G “Nar” şəbəkəsi artıq - Zərdabda!

 

  

Abunəçilərini yüksəkkeyfiyyətli 4G şəbəkəsi ilə təmin edən “Nar” bütün ölkə ərazisində əhatə dairəsini genişləndirməyə davam edir.

Yenixeber.org: Mobil operator daha bir rayonda –Zərdabda ilk dördüncü nəsil LTE texnologiyasına əsaslanan baza stansiyasını quraşdırıb. Bununla da, “Nar” 4G texnologiyalı baza stansiyalarını Azərbaycanın 54 regionunda quraşdırmağa nail olub. Hazırda mobil operatorun regionlarda quraşdırdığı 4G baza stansiyalarınını sayı 1400-dən çoxdur.

 

Qeyd edək ki, “Nar” Bakı və Abşeron yarımadası ilə yanaşı, bölgələrdə yaşayan abunəçilərinə də xüsusi diqqəti ilə seçilir və regionlarda da 4G baza stansiyalarının sayını sürətlə artırır. Hazırda ölkə əhalisinin 92%, ölkə ərazisinin isə 74,3%-i (işğal olunmuş ərazilər istisna olmaqla) “Nar”ın yüksəkkeyfiyyətli 4G şəbəkəsindən yararlanır.

 

Eyni zamanda, “Nar” Azərbaycanın ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin edir. Mobil operatorun 4G istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür.  Hazırda “Nar” 8600-dən çox baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam