Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yardımlı Mərkəzi Rayon Xəstəxanasında rüşvətxorluq geniş vüsət alıb-Korrupsiya yuvası, yoxsa Doğum şöbəsi?

 

      

 

Son dövrlər ölkədə gedən kadr islahatları, korrupsiyaya qarşı mübarizə hamımıza yaxşı məlumdur.

Yenixeber.org: Azərbaycan Prezidentinin yanında iqtisadi müşavirədə geniş nitq söyləyən zaman cənab İlham Əliyev qeyd etmişdir ki, "...İslahatlara alternativ yoxdur, kim bu yolun yolçusudursa, əlbətdə işləyəcək, amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbətdə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik...”

Görünür ölkə başçısının bu çıxışından Yardımlı Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyinin xəbəri yoxdur. Əgər xəbərləri olsaydı heç bir tərəddüd etmədən rüşvət tələb etməkdən çəkinərdilər.
Doğum Şöbəsinin həkimi Zəhra Şabıyeva rüşvəti adamdan elə təkidlə istəyir ki, bir anlıq düşünürsən ki, sanki Zəhra həkiməborcum var. Yalnız rüşvət marağında olan Zəhra həkim bir anlıq xəstəni belə unudur. "Əvvəlcə haqqımı verin, sonra xəstənizə baxacam” – deyən Zəhra həkim xəstəni və uşağı soyuq otaqda saxlamaqdan belə çəkinmir. Bütün bunlar azmış kimi tabeçiliyində olan tibbi personala göstəriş verərək deyir ki, bəlkə pul vermədilər, işıqları söndürün, qızdırıcılardan istifadə etməyin, işıq pul yazır. Dövlət müəssisəsini "özəlləşdirərək” şəxsi biznesi kimi təsəvvür edən Zəhra həkimin "HESAB"ınçatdırmayacağınız təqdirdə, ana və yeni doğulmuş körpənin "GİROV” saxlanılacağı təhlükəsi ilə üzləşsəniz, heç də təəccüblənməyin. Onun belə əməllərindən rayon sakinlərinin böyük əksəriyyəti zara gəliblər.
Görəsən, rüşvət iddiasında olan belə həkimlərə kimlər və necə havadarlıq edir?

Korrupsiya yuvası, yoxsa Doğum şöbəsi? Yardımlı Mərkəzi Rayon Xəstəxanasında rüşvətxorluq geniş vüsət alıb.
Baş həkim Rasim Əkbərova bu barədə şəxsən müraciət etsək də, heç bir fayda vermədi. Buradan belə bir fikir meydana çıxır.
Ya bu rüşvətdən Rasim həkimə də pay çatır, ya da Zəhra xanım onu rəhbər kimi saymır.
Təbii ki, ikinci variant inandırıcı görünmür, əgər Zəhra xanım baş həkimi saymasaydı, Rasim Əkbərov yəqin ki, onun barəsində ölçü götürməmiş olmazdı. Deməli birinci versiya daha reallığa uyğun gəlir.

Səhiyyə naziri, cənab Oktay Şirəliyevin və Yardımlı rayon İcra Hakimiyyəti başçısının Mərkəzi Rayon Xəstəxanasında baş verən bu və ya digər neqativ hallar barədə münasibətini öyrənməyə çalışacağıq.
(reportyor.tv)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam