Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Əflatun Amaşov baş redaktorla bağlı Vilayət Eyvazova müraciət etdi-TƏFƏRRÜAT

 Yenixeber.org: Mediatv.az saytının baş redaktoru Əfqan Bəhluloğunun şəxsi avtomobilinin qarət olunması ilə bağlı hüquqi araşdırma artıq məhkəmə müstəvisindədir. Baş redaktor indiyədək məlum olayla bağlı dövlətin birinci şəxsi də daxil, bir neçə instansiyaya dəfələrlə müraciət ünvanlayıb. Təəssüf ki, olayın hüquqi olaraq araşdırılması və qeyd etdiyim müraciətlər yumşaq desək gözləntiləri doğrultmadı. Nəhayət olayla bağlı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da Daxili İşlər naziri cənab Vilayət Eyvazova müraciət edib. Bu haqda Əfqan Bəhluloğu özünün fb səhifəsində yazıb:     

"Məlum olduğu kimi,28.07.2019 tarixdə Masallı rayon "İstisu sanatoriyası" ərazisində avtomobilim qarət olunmuşdur. Avtomobilin arxa yan şüşəsi sındırılaraq, yoldaşımın qol çantası aparılır. Yoldaşımın qol çantasında mənim, onun və oğlumun ümumvətəndaşlıq pasportu, bugünkü qiymətlərlə təqribən 20 min manatlıq qızıl-zinət əşyaları və digər qiymətli əşyalar oğurlanıb. Masallı polisi Nurlan Səmədov adlı şübhəli şəxsin oğurluğu boynuna götürməsi barədə etirafını alsa da, hələ ki zinət əşyaları ortaya çıxmayıb. İbtidai istintaqa prokuror nəzarətinin zəifliyi, polis tərəfindən sürətlə məhkəməyə ötürülən işin obyektiv aparılmaması, çoxlu qanunsuzluqlarla müşayiət olunması barədə indiyədək KİV-də xeyli yazılarla çıxış edərək, məsələni ictimailəşdirmişəm. Buna baxmayaraq, işin yenidən istintaqa qaytarılmasına nail ola bilmirəm. İstintaq matrealları ilə tanış olduqda aydın görünür ki, avtomobil qarətini, üstündə bir neçə oğurluq işi olan Nurlan Səmədovun boynuna qoymaqla polis sadəcə işi "bağlamaq" istəyir. Ehtimal edirəm ki, Masallı rayon polis şöbəsinin rəisi yerli sahibkarı incitməsi barədə yazdığım tənqidi məqalələrə görə vəzifə səlahətlərindən sui-istifadə edərək bu yolla məndən qisas almaq isdəyir: "İstintaqın gedişatı onu göstərirdi ki, hər şey mənim qiymətli əşyalarımın əlimə gəlib çıxmamasına hesablanıb. Çünki, təqsirləndirilən və hüquqlarını müdafiə etmək üçün özünə vəkil tutmağa belə maddi imkanı olmayan Nurlan Səmədov oğurlamadığı zinət əşyalarımı qaytarmaq, nə də onların qarşılığında mənə pul ödəmək iqtidarında deyildir". Bildirirəm ki, indiyədək aidiyyati qurumlara, yuxarı instansiyalara çoxsaylı teleqramlar vurub, məktublar göndərsəm də, müsbət nəticə əldə olunacağına ümid verən heç bir cavab almamışam. Lakin Mətbuat Şurasına müraciət edəndən sonra Şuranın reaksiyası özünü çox gözlətməyib: "Mətbuat Şurasının sədri,millət vəkili Əflatun Amaşov Daxili İşlər nazirinə məktubla müraciət edərək, məsələnin obyektiv araşdırılması və qanunamüvafiq tədbir görülməsi təmin olunmasını xahiş edib. Mənə dəstək verən hörmətli sədrimizə minnətdaram. Mətbuat Şurası yəqin bu məsələdə də əmindir ki, günahkarların qanunlarımız çərçivəsində məsuliyyət daşımalarının təmin olunmasına həssas yanaşılacaq, bu istiqamətdə zəruri ölçü götürüləcəkdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam