Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Siqaret bahalaşacaq?

 

Musa Quliyev: “Siqaretin qiymətinin bahalaşması, nəhayət ki, öz təsdiqini tapacaq”

 

"Xeberinfo.com":  Məlumata görə, bunu aktual.az-a açıqlamasında Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. 
Məsələnin yenidən gundəmə gəldiyini söyləyən millət vəkili deyib ki, siqaretin qiymətinin bahalaşmasina ilk növbədə hökümət səviyyəsində baxılmalıdır: 
“Əvvəlcə bu məsələni hökümət müzakirəyə çıxarmalı, daha sonra isə parlamentin ixtiyarına buraxılmalıdır”.
Siqaretin azyaşlılar arasında geniş yayıldığını və bununla da ölümcül xəstəliklərə  səbəb olacaq  təhlükələrin yarandığını qeyd edən millət vəkili yaxın günlərdə bu yöndə atılacaq addımlardan da danışıb: 
“Artıq siqaret bəşəriyyətin bəlasına çevrilib. Azyaşlılar rahatlıqla satış mərkəzlərindən siqaret ala bilirlər. Mən dəfələrlə bu mövzunu gündəmə gətirmişəm, bəzi təkliflərlə çıxış etmişəm. Amma hökümət qiymətləri bahalaşdırsa, azyaşlıların tütün məmulatlarından istifadəsi cətinləşəcək".
Bəzi ictimai yerlərdə siqaretin cəkilməsinə etirazını bildirən M.Quliyev bu təcrübənin Azərbaycanda da tətbiq olunacağını söyləyib. 

 

Onun sözlərinə görə,  bu mövzu hökümətin və  Milli Məclisin diqqətində olmalıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam