Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Valideynlər direktorun təhqirinə qarşı

 

Hövsan kəndində kütləvi aksiya keçirilir. 

 

"Xeberinfo.com":  Məlumata görə, buna səbəb 118 saylı orta məktəbin direktoru Qardaşxan Kərimovun hərəkətləri və dediyi sözlərdir.  Direktorun kənd camaatını, xüsusilə də şagirdlərin valideynlərini təhqir etdiyi bildirilir. 

Yerli sakinlər deyiblər ki, hər şey dərslərin boş keçməsinə görə yaranıb. Şagirdlər məktəb direktorundan dərsə gəlməyən müəllimin başqası ilə əvəz olunmasını xahiş ediblər, o isə şagirdlərə belə cavab verib: "Atanız evdə olmayanda sizə başqa kişi gəlib atalıq edir?"

Bu söz övladları həmin məktəbdə təhsil alan hövsanlıların hiddətinə səbəb olub və onlar bu gün səhər saatlarında məktəbin qarşısına yığışaraq aksiya keçirib, Q.Kərimova etirazlarını bildiriblər. Aksiya zamanı Əliyev Elmar Rəcəbəli oğlu ad-soyadlı Hövsan sakininin halı pisləşib və o, dünyasını dəyişib.

Hazırda hövsanlılar kəndin icra nümayəndəliyinin qarşısında toplanaraq aksiya keçirirlər, Q.Kərimovun cəzalandırılmasını tələb edirlər.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, artıq Təhsil İdarəsinin səlahiyyətli şəxsləri sözügedən məktəbdədir:

"Hadisə araşdırılır. Bir nəfərin ölməsi ilə bağlı yayılan xəbərlər doğru deyil".

***

Virtualaz.org saytının hadisə yerində olan əməkdaşının sakinlərdən əldə etdiyi məlumata görə, aksiya başlayan zaman məktəbin həyətinə gələn direktor daha sonra oradan qaçmaq istəyib. Bu zaman maşını aksiya iştirakçılarının üstünə sürüb.

Bu zaman aksiyada iştirak edən gənclərdən biri qorxub. Həmin şəxs qəsəbənin 20 yaşlı sakini Elmar Rəcəbəli oğlu Əliyev olub. Hadisə şahidlərinin sözlərinə görə, həyəcandan E.Əliyevin dili qatlanıb, qıcolması tutub. Onun epilepsiya xəstəsi olduğu deyilir.

Müxbirimiz xəbər verir ki, təcili şəkildə yaxınlıqdakı xəstəxanaya - 11 saylı Köməkçi Yardım Stansiyasının Hövsan filialına çatdırılan gənc orada ölüb. E.Əliyev əsgərlikdən yeni gəlibmiş.

Valideynlər hazırda kənd sovetinin və xəstəxananın qarşısına toplaşırlar.

Müxbirimiz xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin rəisi bu dəqiqələrdə hadisə yerinə gəlib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yüksək vəzifəli şəxsləri də təcili olaraq Hövsana gedib. Qəsəbədə gərginlik var.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam