Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ETSN rəsmisi:"Azərbaycanda son 15 ildir balıq ehtiyatları azalıb"

"Azərbaycanda son 15 ildir balıq ehtiyatları azalıb".

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, son illər balıq ehtiyatlarının artırılması ilə bağlı daha effektiv tədbirlər görülür: "Məsələn, əvvəllər balıqartırma müəssisələrində balıqlar yetişdirilərkən 1 qram çəkidə dənizə buraxılırdı. Bu balıqların isə yaşaması 1 faiz idi. Amma indi bu belə deyil".

H.Əlizadə bildirib ki, bu yaxınlarda nazirliyin balıqartırma təsərrüfatında yetişdirilən 5-10 qram çəkidə balıq körpələri Kürə buraxılıb: "Onların yaşama ehtimalı 70-80 faizdir. Bununla da biz kəmiyyət yox, keyfiyyət prinsiplərinə üstünlük veririk. Yetişdirilib buraxılan 100 qramlıq balıqların yaşama ehtimalı 90-100 faizdir".

Departament direktoru balıq ehtiyatlarının azaldılmasının digər səbəblərini də açıqlayıb: "Göllərin çirklənməsi və digər hallar balıq ehtiyatlarını azaldır. Bunun səbəblərindən biri də insan amilidir. Məsələn, ovçular müəyyən dövrlərdə heyvanlara güllə atmır. Yəni heyvanların balalama vaxtlarında ov etmir. Amma balıqçılar belə deyil. Brakonyerlər bütün fəsillərdə balıq tutur. Bununla bağlı maarifləndirmə işləri aparmaq lazımdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam