Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

Övladlığagötürmə sahəsində yeniliklər olacaq

Nazirlik övladlığagötürmə sahəsində ediləcək yenilikləri açıqlayıb.

Yenixeber.org: "Valideyn himayəsindən məhrum olan uşaqların öz ailələrinə qaytarılması üçün həmin ailələrə dəstək olunacaq".

Bunu “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusunda keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

O bildirib ki, Prezident İlham Əliyev 2018-ci ilin dekabrın 10-da “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb: "Fərmana əsasən övladlığa götürmə ilə bağlı bir sıra məsələlər, tənzimləmələr və əməliyyatlar, mexanizmlər üzrə səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Bura övladlığa götürmə ilə bağlı valideyn himayəsindən məhrum olmuş uşaqların, övladlığa götürülən uşaqların və övladığa uşaq götürmək istəyən şəxslərin uçotu da daxildir".

O əlavə edib ki, bu işlə bağlı artıq ötən müddət ərzində nazirlikdə yaradılmış xüsusi bir işçi qrup fəaliyyət göstərir: "Bu qrupun tərkibinə müxtəlif sahələrdən olan ekspertlər daxildir. Bu dövr ərzində həmin işçi qrup övladlığa götürmə ilə bağlı idarə sistemində iştirak edən dövlət qurumları, sırf yerlərdə işləyən dövlət qurumlarının əməkdaşları ilə görüşlər keçirib. Bu prosesdə iştirak edən psixoloqlar, hüquqşünaslar, vəkillər ilə görüşlər keçirilib və onların fikirləri alınıb. Həmçinin mötəbər beynəlxalq məsləhətçi şirkətlə də məsləhətləşmələr aparılıb. Məqsədimiz hər bir uşağa layiqli bir ailənin tapılmasıdır. Əsas məqsəd həmin uşağı öz ailəsinə qaytarmaqdır. Bununla bağlı qanunvericilikdə dəyişikliklər edilməsi üçün artıq bir sıra təkliflər, layihələr hazırlanıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam