Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yeni doğulan körpələr üçün -müavinətlər elektronlaşacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin elektron texnologiyaları üzərində qurulması işləri çərçivəsində növbəti addım kimi, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı da elektronlaşdırılıb.

 

Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimovun bildirib ki bu elektron xidmət yeni doğulan uşaqlara şamil edilir. Bura əsasən valideynlərini itirmiş, şəhid və əlil övladları və.s.daxildir. A. Kərimovun qeyd edib ki, uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər işlədikləri halda onların iş yeri vasitəsilə ödəniləcək. Bizim əsas məqsədimiz vətəndaşları vaxt itkisindən azad etməkdir. Nazir müavini deyib ki, cari ildə doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb.

 

Nazirliyin E- xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkbərov sözlərinə görə bu yeni birdəfəlik müavinət təyinatı oktyabrın 1- dən qüvvəyə minib. Yəni oktyabrın 1-dən doğulan hər bir uşağa şamil edilib. Əgər uşaq sentyabrda  anadan olubsa, sənədləri gecikib oktyabrın 1-dən sonraya düşübsə, həmin uşaqlara da bu müavinətlər təqdim ediləcək. Həmçinin onu da əlavə edib ki, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı hər iki valideyn işləmədiyi halda elektron qaydada həyata keçiriləcək. Doğulan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət e- qaydada təyin olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam