Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Rəsul Cəfərov ev dustaqlığına buraxılmadı

 

Bu gün Rəsul Cəfərovun cinayət işi üzrə hakim Eldar İsmayılov hazırlıq iclası keçirilib. 

 

"Xeberinfo.com":  Məlumata görə, Rəsul Cəfərovun vəkili Fariz Namazlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iclasda bir neçə məsələ ilə bağlı vəsatət verilib: “Rəsul Cəfərovun cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət verdik. Ona verilən mənimsəmə ittihamı ilə bağlı yeni sənədlər məhkəməyə təqdim etdik, çünki istintaq dövründə bu sənədlər araşdırılmayıb. Yoxlama materiallarına əsasən mənimsəmə faktı verilib, amma bu yoxlama aktına imza atanların belə bir səlahiyyəti yoxdur. Bu yoxlama aktının məhkəmə substansiyasından qaldırılması haqda vəsatət verdik. Məhkəmə ekspertlərinin çağırılması haqda vəsatət verdik. Rəsul Cəfərovun ev dustaqlığəna buraxılması, bu olmazsa, dəmir barmaqlıqlar arxasından çıxarılaraq məhkəmə iştirakçıları ilə birgə əyləşməsini istədik. Zərərçəkmiş şəxslərin statusuna xitam verilməsi və prosesdə video çəkilişin aparılması haqda vəsatət verdik. Məhkəmə demək olar ki, bütün vəsatətləri rədd etdi. Bizim təqdim etdiyimiz sənədləri iş materiallarına əlavə etdi. Bir də şahidlərin çağırılması ilə bağlı vəsatətə ittiham tərəfinin digər sübutları araşdırıldıqdan sonra baxılacağını bildirdi.

Növbəti iclas yanvarın 27-si saat 10:30-a təyin edildi”.

Vəkil qeyd edib ki, Rəsul Cəfərov özü də iclasda iştirak edib: “O çıxışında deyib ki, ev dustaqlığına buraxılması onun üçün daha əhəmiyyətlidir. Həm də bu işin ictimai tərəfi də var. Dedi ki, bəraət almaq istədiyi üçün məhkəmədən qaçıb gizlənməsi üçün əsaslar yoxdur. Eyni zamanda həbs olunmadan öncə istintaq çağırışlarına getdiyini dedi. Bu da onu göstərirdi ki, onun barəsində ev dustaqlığı seçilə bilərdi. Amma təəssüf ki, vəsatət təmin edilmədi”.

Rəsul Cəfərovun səhhəti yaxşıdır, bununla bağlı heç bir şikayəti olmadı”.

Qeyd edək ki, R.Cəfərov Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, dələduzluq, sənədləri saxtalaşdırma, vəzifə saxtakarlığı və mənimsəmə maddələri üzrə ittiham edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam