Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq rəisin oğlu haqda məlumatları diskdən kim silib? -Müəmma

Tağı Əhmədovun oğlu haqda məlumatları diskdən kim silib?

 

Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenixeber.org: Məlumata görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi 10-dan çox vəsatət verib.

Qapalı prosesdə müzakirə olunan məsələlərlə bağlı verilən vəsatətlər təmin edilməyib. 

Agentura şəbəkəsinə dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsi epizodu üzrə əlavə sübutların qəbul edilməsi üçün verilən vəsatət də təmin edilməyib.

Müdafiə tərəfi bir neçə epizod üzrə anten məlumatlarının təqdim edilməsi barədə də vəsatət qaldırıb. Dövlət ittihamçısı etiraz edərək deyib ki, cinayət işinin materialları arasında anten məlumatları var.

Vəkillər qeyd ediblər ki, bəzi şəxslərin anten məlumatları yoxdur. Tağı Əhmədov epizodu üzrə oğlu Ruslanın pulu Akif Çovdarova verdiyini bildirdiyi vaxtda harda olmasını göstərən anten məlumatları cinayət işi materiallarına əlavə edilən diskdən silinib. Həmçinin, Qədim Ədilovun sentyabrın 7-də Nərimanov parkının yanında pulu Səlim Məmmədova verməsi ittihamına görə həmin şəxslərin o tarixdəki anten məlumatları da istənilib.

Məhkəmə hər iki vəsatəti baxılmamış saxlayıb. Hakim bildirib ki, diskə baxış keçirib məlumatların silinib-silinmədiyinə baxdıqdan sonra bu məsələ ilə bağlı qərar veriləcək.

Əlavə şahidlərin çağırılması və müvafiq qurumlara sorğuların göndərilməsi ilə bağlı vəsatətlər təmin edilib.

Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam