Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Jurnalistin ölümü ilə bağlı məhkəmədə ekspertlər ifadə verdi

 

“Rasimin 5,6,7,8-ci qabırğaları sınıb. Sol ağciyəri və dalağı cırılıb, partlayıb. Sağ ağciyərində isə ciddi zədə olub”

Xeberinfo.com:   Bakı Ağır Cinayətlər Məhkəməsində , hakim Eldar İsmayılovun sədrliyi ilə jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 
Prosesdə ekspertlər dindirilib.Əvvəlcə ekspert Alim Hüseynov ilkin tibbi ekspertizanın rəyini açıqlayıb. O bildirib ki, Rasimin 5,6,7,8-ci qabırğaları sınıb. Sol ağciyəri və dalağı cırılıb, partlayıb. Sağ ağciyərində isə ciddi zədə olub. Mərhumun bədən səthində heç bir xəsarət olmayıb. Onda daxili qanaxma olub. Döş qəfəsinin sağ səthində qırıqlar olub. Qan maye halında qarın boşluğuna yığılıb.
Komisyon ekspertizanı aparan Ziyafəddin Məmmədov isə bildirib ki, o, R.Əliyevin meyitini görməyib, yalnız istintaq orqanlarının verdiyi iş materialları və tibbi rəy əsasında ekspertiza rəyi verib.
Bundan sonra təqsirləndirilən Kənan Mədətovun müdafiəçisi vəsatət verib. O mərhum Rasim Əliyevin rentgen kağızının məhkəməyə təqdim olunmasını istəyib. Vəsatət təmin edilməyib.
R.Əliyevin vəkili Fariz Namazlı isə Rasimin döyülməsindən sonra 8-ci polis bölməsinə verdiyi ifadənin tapılıb materiallarına daxil edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib. Bununla bağlı 8-ci polis bölməsinə sorğu göndəriləcək. Vəkilin digər vəsatəti isə R.Əliyevin döyüləndən sonrakı ilk videomüsahibəsinin iş materiallarına daxil edilməsi barədə olub. Bu vəsatət də təmin edilib.
Məhkəmə prosesi fevralın 23-də davam etdiriləcək.
Kurnalist Rasim Əliyev avqustun 8-də Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyüldükdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avqustun 9-da gecə xəstəxanada vəfat edib. Bu cinayət işilə əlaqədar altı nəfər həbs olunub. Təqsirləndirilən şəxslər Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunurlar. Digər təqsirləndirilənlər Elşən İsmayılov və Arif Əliyev isə hadisə yerindən mərhum jurnalistin telefonu və pul kisəsinin götürülmələri ilə əlaqədar həm də CM-nin 177-ci (oğurluq) maddəsilə ittiham olunurlar. 
Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın sonunda isə Cavid Hüseynovun işi ayrılaraq ayrıca icraata verilib və hazırda Səbail rayon məhkəməsində baxılır. 
Zərərçəkmiş tərəf və təqsirləndirlənlər cinayət işinə Rasimi müayinə edilən həkimlərin də cəlb olunmasını tələb etsələr də, bu barədə olan vəsatətlər təmin edilməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam