Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rəsul Cəfərovun həbs müddəti azaldıldı

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. 

"Xeberinfo.com":  Məlumata görə, vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, R. Cəfərovun vergi borcunun ödənilməsinə Bakı Vergilər Departamentinin məktubu məhkəməyə təqdim edilib. O, R. Cəfərovun hər hansı vergi borcunun olmadığıni əsas gətirərək, barəsində başlanan cinayət işinin Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə bağlı hissəsinə xitam verilməsinə dair vəsatət qaldırdığını bildirib: “Buna dövlət ittihamçısı da etiraz etmədi. Məhkəmə həmin maddə yəni, 213-cü maddə üzrə cinayət tərkibinə xitam verildiyini elan etdi. Bununla da cəzası 3 ay azaldılaraq, 6 il 3 ay müddətində saxlanıldı”.  

Xatırladaq ki, R. Cəfərov ötən il avqustunda həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanan R. Cəfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam